9. 205 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Deyirlər ki, “dua bir übudiyyətdir. Dünyəvi istəklər duada əsas məqsəd halına gəlməməlidir. Xəstəlik və ya hər hansısa bir müsibətin baş verməsi duanın vaxtının gəlib-çatdığına işarədir”. Lakin 4444 dəfə səlatı-təfriciyə duası və ya 19 dəfə Fətih surəsi və bənzərləri bəla baş verdikdən sonra, bəlanın uzaqlaşması üçün oxunur. Belə hallarda necə niyyət edilməlidir?

Cavab: Dua etməklə duanın nəticəsində vəd edilən dünyəvi fayda arasında incə bir pərdə var. Belə ki, dünyəvi faydalar və arzular bir vəsilə olaraq görülməlidir. Bu vəsilələr vasitəsilə biz Allaha daha da yaxınlaşırıq. Ancaq bu fayda və arzuları əldə etmək istəyərkən ortaya çıxan çətinliklər və əngəllər duanın vaxtının gəlib çatmasına işarədir. Həmin vaxtı dua edərək keçirməliyik. Lakin dünyəvi faydalar (Allah yolunda qazancını sərf etmək istədiyi iş yerinin itirilməsi, maddi imkanlarının azalması və s.)  bir məqsəd halına çevrilməməlidir. Əsas məqsəd Allahın rizasını qazanmaqdır. Lakin bununla bərabər Allahdan o bəlanın, xəstəliyin, sıxıntının keçməsi üçün dua edib, istəməliyik. Bəli, insan dualarla bəlaların sovuşmasını istəyə bilər.

Dua bir ibadətdir. Səmərəsi axirətdə görüləcəkdir. Ancaq Cənabı Allah bizim iman dairəsində qalmağımız, imanımızın qüvvətlənməsi və s. üçün bəzi şeylər lütf edərsə, bu başqa məsələdir. Yoxsa “dua etdik ancaq nəticə alınmadı” demək doğru deyil. Allah Təala bəzən duamızın qarşılığını dünyada nəsib edər, bəzən də nəticəsi bizim üçün zərərli olar deyə səmərəsini axirətə saxlayar. Heç bir dua qarşılıqsız qalmır. Bizim işimiz üzərimizə düşəni etmək, səbirli olmaq, dua etməkdir. Nəticəyə qarışmağımız doğru deyildir.

Ola bilər ki, dinimizin əhya edilməsi üçün çalışıb-çapalamağımız nəticə verməz, illərlə qazandığımız dəyərlər bir anda sovrulub gedə bilər. Belə olanda inanan insan ümidsizliyə düşməməli, “zatən mən Allah rizası üçün bunu etmişdim” deməlidir. Verən, lütf edən O, alan da Özüdür. Diləsə yenə nəsib edə bilər. Ancaq çətinliklərin ortaya çıxmasında insan birbaşa özünü məsul tutmalı, “mən harada xəta etdim ki, İlahi inayət kəsildi” deməlidir. Qüsuru özündə axtarmalı, niyyətini bir daha yeniləməli, ixlas və səmimiyyətlə Onun rizasına doğru yönəlməlidir. Bəli, dua edərkən əsas məqsədimizin Allah rizası olduğunu unutmamalı, dünyəvi faydaları əsas qayə halına gətirməməliyik. Unutmamalıyıq ki dua insanın acizliyini etirafdır.  

Xülasə, bəlaların uzaqlaşmasını gözləyərkən, həmin zamanı dua ilə keçirməliyik. Eynilə namaz vaxtının gəlməsi kimi, bəlaları və xəstəlikləri də dua vaxtına giriş olaraq görməliyik. Həqiqətən də, dua ibadətin özüdür.



Açar sözləri

dua təfriciyə

Bənzər məqalələr

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.

Dua, Dua, Dua – 2

Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!


Şərh yaz