13. 870 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?

Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik“, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir.[1] Qurani-Kərim etiqadi, əxlaqi, ruhi və ictimai xəstəliklərin dərmanıdır. Qurtubi yazdığı təfsirdə Quranın həm qəlbə, həm də bədənə şəfa olduğunu bildirmiş, bunu isbat etmək üçün dəlillər gətirmişdir.[2] İbn Qayyim “Zadul-Məad” adlı əsərində Rəsulullahın müxtəlif xəstəliklər üçün tövsiyə etdiyi dərmanları əlifba sırası ilə vermiş, “qaf” hərfinə çatanda Quranı qeyd edərək, “Quranın qəlb və bədən, dünya və axirət xəstəliklərinin əsl şəfa mənbəyidir“, – demişdir.[3] Hz. Aişə rəvayət edir: “Rəsulullah xəstələnəndə özünə Muavvizəteyn (“İxlas”, “Fələq” və “Nas” surələrini) oxuyardı. Xəstəliyi ağırlaşanda isə özüm oxuyur və əli ilə bədənini ovuşdururdum”.[4] Rəvayətə görə, biri xəstələnəndə Rəsulullah onu sağ əli ilə məsh edərək belə deyərmiş: “Ey insanların Rəbbi, sıxıntıları aradan qaldır, şəfa lütf et. Şafi Sənsən. Səndən başqa şəfa verən yoxdur“.[5]

Ancaq xəstəlik, sıxıntı və başqa səbəblərə görə Allahdan şəfa istəyib, dua etməklə sehr, cadu ayrı-ayrı şeylərdir. Bunları qarışdırmamalıyıq. Bu cür əməllər haramdır. Ən əsası da dərd və xəstəliklərin şəfa tapması üçün dua etmək həkimə getməyə mane deyil. Din dua ilə yanaşı, müalicə olunmağı da əmr edir. Buna əsasən xəstəliyə düşar olan şəxs mütləq mütəxəssis həkimə müraciət etməlidir.


[1] “İsra” surəsi, 17/82.
[2] Qurtubi, X, 316.
[3] İbn Qayyim, “Zadul-Məad”, III, 178.
[4] Müslim, Salam, 51.
[5] Müslim, Salam, 46.

 



Açar sözləri

dua müalicə quran xəstə

Bənzər məqalələr

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.


Şərh yaz