6. 020 dəfə oxunub ,   0 şərh   Çap et

Abdullah ibn Məsuddan (r.a.) rəvayət edir:

عَلَيْكُمْ بِالصِّدْقِ، فَإِنَّ الصِّدْقَ يَهْدِي إِلَى الْبِرِّ، وَإِنَّ الْبِرَّ يَهْدِي إِلَى الْجَنَّةِ وَمَا يَزَالُ الرَّجُلُ يَصْدُقُ وَيَتَحَرَّى الصِّدْقَ حَتَّى يُكْتَبَ عِنْدَ اللّٰهِ صِدِّيقاً. وَإِيَّاكُمْ وَالْكَذِبَ، فَإِنَّ الْكَذِبَ يَهْدِي إِلَى الْفُجُورِ وَإِنَّ الْفُجُورَ يَهْدِي إِلَى النَّارِ. وَمَا يَزَالُ الرَّجُلُ يَكْذِبُ وَيَتَحَرَّى الْكَذِبَ حَتَّى يُكْتَبَ عِنْدَ اللّٰهِ كَذَّاباً

“İnsana doğruluq yaraşır. Doğruluq insanı yaxşılığa, o da Cənnətə çəkib aparar. İnsan bir dəfə doğruluğa yönəldimi, həmişə doğru söylər, doğrunu araşdırar. Beləcə o insan Allah qatında “siddiq”  (özü-sözü dürüst insan) kimi qeyd olunar.

Yalandan uzaq olun! Yalan insanı fücura (günaha), bataqlığa, o da Cəhənnəmə aparar. İnsan bir dəfə yalana əl atdımı, daima yalan danışar, nəticə olaraq da Allah qatında “yalançı”  kimi qeyd olunar…”[1]

Doğruluq peyğəmbərlərin şüarı, yalan isə kafir və münafiqin xüsusiyyətidir… Doğruluq bu günü, sabahı gözəlləşdirən əvəzsiz fəzilət, yalan zamanın çöhrəsində qara bir ləkə… Heç bir bəşər övladı yalanla xoşbəxt olmamış, yalanla  dünya və axirət səadətinə qovuşmamışdır. Əbədi səadətə aparan doğruluğun nurlu yolunda isə dünya və axirətini itirmiş bir nəfər bədbəxtə belə rast gəlmək mümkün deyildir.

Yalan küfrün ən mühüm əsası, münafiqliyin ən aşkar əlaməti, ilahi həqiqətlərə zidd iddiaların adı, ünvanıdır. Ələlxüsus da, bu gün əxlaqı tamamilə sıradan çıxaran, dünyanı yalançıların meydanına çevirən yalan elə bir qorxunc ictimai xəstəlikdir ki, qapılarını onun üzünə açan, ona yurdda-yuvada, dükanda-bazarda, “sərbəstlik” haqqı verən heç bir millət nicat tapmamışdır və tapa bilməz də. Buna müqabil İslamiyyətin ən əhəmiyyətli əsası, imanın ən bariz xüsusiyyəti, Məhəmmədi əxlaqın məhək daşı, ənbiya və övliyanın ən seçkin vəsfi, maddi və mənəvi tərəqqinin yeganə mehvəri doğruluqdur.

Biri mələklərin, digəri şeytanların, biri Haqqın mükərrəm (kərim, əziz) qullarının, digəri xəbis insanların, biri insanlığın iftixarı Peyğəmbərimizin (salamların ən gözəli ona olsun), digəri də dəccalların xüsusiyyətidir.

Mətndə iki qütbdən biri olan ” بِرٌّ birr” kəlməsi bütün “xeyir”ləri ehtiva edən, bütün saleh əməlləri özündə birləşdirən elə əhatəli bir sözdür ki, doğru düşüncə, doğru söz, doğru niyyət, doğru davranış və doğru yaşayış kimi bir çox mövzunu bu başlıq altında toplamaq və ifadə etmək mümkündür.

İkinci söz olan ” فُجُورٌ fücur” kəlməsi isə əvvəlki kəlmənin əksinə, ümumiyyətlə, şərləri, şər əməlləri, hər cür sapqın düşüncə, sapqın söz və davranışları ehtiva edir. Özlüyündə Cəhənnəmin bir nüvəsi, çəyirdəyi kimidir.

Hədis mətnində ” صِدِّيق Siddiq” və ” كَذَّاب Kəzzab” məfhumları arasında da bir qarşılaşdırma vardır. Bunlardan birincisini (Siddiqi) “doğruluğu xarakterinə çevirmiş dürüst insan” kimi tərcümə edəsi olsaq, ikincisinə “xarakter etibarilə yalanla bütünləşmiş peşəkar yalançı” demək uyğun olar. Hər iki kəlmədə də mübaliğə qəlibindən istifadə edilmişdir. Özünü doğruluğa həsr etmiş, doğru düşünən, doğru danışan, doğru davranan və doğru oturub doğru duran bir insanın bu gün olmasa da, sabah mütləq göylərdə və yerdə doğruluq və Haqqa yaxınlığın rəmzi kimi tanınacaq. Yalanın əsirinə çevrilmiş, yalan düşünən, yalan danışan, yalanla oturub yalanla duran, alıb-verdiyi nəfəsi də yalan olan bir insanın da gec-tez yalançılığın simvoluna olacağına işarə edilmişdir.

Bu həyatda qarşımıza çıxan qısa-dolanbaclı, aydın-dumanlı, olduqca təhlükəsiz-uurumlarla hörgülü iki fərqli yolun son dayanacağı da Cənnət və Cəhənnəmdir! Bu yollardan birinin hər mənzilində bir mükafat, təşviq var, son dayanacağı Cənnətdir, yolçusu da Cənnətə çatır; digəri isə zərərlərlə, mənfiliklərlə doludur, son dayanacağı da əbədi zərərdir.

 


[1]     Buxari, Ədəb 69; Müslim, Birr 103-105; Əbu Davud, Ədəb 80. (İfadə Müslimdəndir)

 



Açar sözləri

doğru yalan

Bənzər məqalələr

Sidq və ya doğruluq

Sidq və ya doğruluq peyğəmbərlərin beş əsas xüsusiyyətindən biridir. Uca Allah Quranda həzrət Musa və həzrət İbrahim haqda “O, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi.”[1], həzrət İsmayıl haqda da: “O öz vədinə sadiq və bir elçi, bir peyğəmbər idi.”[2] – buyurmuşdur. Bu səbəbdən peyğəmbərlərin bütün hərəkət və ifadələrində doğruluq nəzərə çarpır. Peyğəmbərlər […]

Hansı hallarda yalan danışmaq caizdir?

Doğruluğun mömin, yalanınsa kafir xüsusiyyəti olması ilə yanaşı, bəzi İslam alimləri bir-iki hədisə əsaslanaraq çox zəruri hallarda üç yerdə yalan danışmağın mümkünlüyü bildirmişlər.

Yalan danışmaq niyə böyük günah sayılır?

Yalan danışan insan özünü ələ verər, yəni insan dili ilə yalan danışa bilər, bədəni ilə əsla. Bütün vücudunu, üz cizgilərini, əl-qol hərəkətlərini yalanın əmrinə verə bilməz. Ən gözəl şəkildə yaradılan insan fitrəti buna imkan verməz. Bu səbəbdən də yalan danışan bir insanın hərəkət və davranışları onu ələ verir. Yalan danışarkən davranışlarda müşahidə edilən ziddiyyətlər bir çox araşdırmanın mövzusu olmuşdur. Bu araşdırmalardan çıxan nəticələr belədir:

Uşaqlar niyə yalan danışır?

Bir ana yanıma gələrək “Oğlum tez-tez yalan danışır. Yaşamadığı hadisələrlə qarşılaşdığını deyir. Ailəliklə övladımıza yalan danışdığımızı xatırlamıram. Bu vəziyyət məni çox narahat edir. Dəfələrlə yalanın yaxşı əməl olmadığını dediyim halda, onu bu yoldan döndərə bilmirəm. Sizə müraciət etməkdən başqa çarəm qalmadı” − dedi.

Bilərək yalan yerə and içmək

Sual: Bilərək etmədiyi bir şeyi etdim deyə and içən şəxs nə etməlidir?


Şərh yaz