- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Dinimizdə dəlil nedir?

Sual:Dinimizdə dəlil nədir, biz örgəndiyimiz hər höküm üçün dəlil axtarmalımıyıq? Bildiyimiz hökmlərin sağlam və doğru duğunu necə başa düşə bilərik? Xahiş edirəm, izah edə bilərsinizmi?

 Dinimizdə əsas iki qaynak vardır:Quran və Peyğəmbərimiz (s.ə.s.) və raşid xəlifələrinin Sünnəsi. Bunlardan başqa icma, qiyas, səhabə tətbiqləri, səhabə sözləri, məsləhət, istehsan kimi dəlillər gəlir. İcma, müəyyən bir dövrdəki alimlərin hamısının, başqa bir görüşə görə də çoxsunun eynı hökm üzərində ittifaq etməsidir.

Örgəndiyimiz hər şeyin qaynağını bilməmiz mümkün deyildir. Normal bir insanın buna taqəti çatmaz, ayrıca hər insan da bunu əldə edə bilməz. Çünki dini hökmlərin dəlillərindəki nüansları başa düşmək üçün iti zəka, güclü yaddaş, uzun bir vaxt və üzərində çalışmaq  lazımdır. Reallıqdır ki, bu hərkəsə nəsib olmaz. Elə isə hər şeyin qaynağını tapmış, dəlilini ortaya qoymuş olan alimlərə etibar etməli, onların yolundan gitməliyik. Mezhep alimləri də bu vəzifəyi görməktədir. Unversitet illərimizdə hər gün 200-300 səhifə kitab oxuyan müəllimimiz vardı. Bir dərsdə nə üçün kitab yazmırsınız deyə sorumuşduq. O da ,”sələfi salehindən Allah razı olsun,  hər mövzuyu araşdırmış, hökmə bağlamışdır. Mən hələ hamısını oxuyub qurtara bilməmişəm”,deyə cavab vermişdi.

Bildiğimiz, öyrəndiyimiz heç bir şeyin qaynağını araştırmayaq, öyrənməyək, maraqlanmayaq demək istəmirik. İnsan nə qədər çok şey bilərsə, görəcəyi işi daha şuurlu edər. Ancaq qaynağını bilmirəm, dəlilini tapmadım deyə də bir ibadəttən, görəcəyi-edəcəyi işidən uzaqlaşmamalıdır… Keçmiş dövürlərdə insanların təslimiyyəti qüvvətliydi, bir alim bir şey deyincə qəbul edilirdi. İndi isə informasiya imkanları artdığından insanlar qaynaq soruşmağa başladılar. Bu, bir yöndən yaxşıdır, digğr tərəfdən isə pisdir. Yaxşı olan yönü odur ki, insanı qaynaqları bilməyə yönlədir, edəcəyi işi daha şuurlu yerinə yetirir. Pis cəhəti isə, tənqid qapısını açmasıdır, dini qaynaqlara qarşı etimatsızlıq təşkil etməsidir. Zatən xalqımız  70 il dinindən-diyanətindən uzaq qalıb. Din adına bildiyi bəzi doğrular var. İbadət əhli deyil, dini bilgisi də azdır. İctimai bir yerdə, bu cür insanların çoxluq təşkil etdiyi bir yerdə müəyyən şeyləri tənqid etmək, sünnədə belə bir şey yoxdur demək doğru deyildir. İnsanın hər dediyi doğru olmalıdır, ancaq hər doğru da hər yerdə söylənilməz.

Bir də bazı şeylərin Kuranda, Sünnədə və icmada hökmü olamaya bilər. “Bu dində varmı” deyə soruşub təmkinli davranmaq lazımdır. Fəqət bazı güzel şeyləridə gördüyümüzdə də öz-özümüzə soruşmalıyıq: Buna dinimiz, mənəviyyat  qarşdırmı? Əgər bir mövzuda dinimizin ümumi presiplərinə tərs düşən bir şey yoxdursa o iş görülə bilər.

Günümüzdə iki tip insan var: bəziləri hər şeyin,  hər bildiyinin qaynağını soruşma kimi tamamiylə tənqid xəstəliyinə tutulmuş insanlardır, digər tərəfdə isə düşünmədən, araşdırmadan, oxumadan  adət -ənənə halına gəlmiş şeylərlə dinini yaşamağa çalışan insanlar vardır. Birisi ifrat, o birsi də təfritdir. İkisinin ortası isə, qaynaqlardakı yazılanlara təslim olmaqla birlikdə hikmət  axtaran ovçu kimi dini örgənməyə çalışmaqdır.