- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Danışma ədəbi

 

 عَنْ جَابِرِ بْنِ عَبْدِ اللّٰهِ   أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: إِنَّ مِنْ أَحَبِّكُمْ إِلَيَّ وَأَقْرَبِكُمْ مِنّ۪ي مَجْلِسًا يَوْمَ الْقِيَامَةِ أَحَاسِنُكُمْ أَخْلَاقًا، وَإِنَّ أَبْغَضَكُمْ إِلَيَّ وَأَبْعَدَكُمْ مِنّ۪ي يَوْمَ الْقِيَامَةِ الثَّرْثَارُونَ وَالْمُتَشَدِّقُونَ وَالْمُتَفَيْهِقُونَ»

Cabir ibn Abdullahın (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Doğrusu, sizin aranızda ən çox sevdiyim və Qiyamət günü məclisimə ən yaxın olan insanlar ən gözəl əxlaqlılardır. Aranızda sevmədiyim və Qiyamət günü məndən ən uzaq olanlar isə (özünü göstərmək üçün) boşboğazlıq edənlər, sözü uzadanlar, (“nə gözəl danışır” desinlər deyə) sözlərini bəzəyənlər”. [Tirmizi, Birr 71]