7. 355 dəfə oxunub ,   0 şərh   Çap et

1. Ramazan ayında hər gün iki dəfə oruc tutmaq istəyirsiniz?

Ramazan ayında hər gün iki dəfə oruc tutmaq istəyirsinizmi? Yaxşı, elə isə bunu necə etmək olar? Zeyd b. Xaliddən rəvayət edilən hədisdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) sanki, ramazan ayını iki qat oruclu keçirməyin yolunu göstərir: “Kim bir orucluya iftar verərsə, o orucluya verilən savab eyni şəkildə iftar verənə də yazılır. Üsеəlik oruc tutanın savabından azalmır”. (Tirmizi, Savm, 82; İbn Macə, Siyam 45)

Ramazan ayını ikiqat oruclu keçirməyin, yəni oruc tutan bir nəfərə iftar verməyin bir neçə yolu vardır. Bunlardan biri oruc tutanlara iftar yeməyinin pulunu verməkdir. Məsələn, deyək ki, bir öyün yemək 5 AZN-ə başa gəlir, bu da otuz günə 150 manat edir. Bu pulu verməklə həmin savabı qazanmaq olar. Digər yol isə bəzi regionlarımızda olduğu kimi, məscidlərdə və toplu iftar süfrələri açılan yerlərdə oruc tutanlara iftar verməkdir.

Əlbəttə ki, belə yerlərdə iftardan bir saat əvvəl təşviqedici məz­munlu və Rəbbin razılığını qazandıran xüsuslardan bəhs edən proqramlar təşkil etmək bu işin xeyir-bərəkətini daha da artıracaqdır. Ra­mazanda müəyyən plan çərçivəsində əlimiz çatan yaxınlarımıza, dost­larımıza, tanışlarımıza, evdə və yataqxanalarda qalan tələbələrə də iftar vermək ramazan ayında ikiqat oruc savabını qazandırır.

Qonşulara, qohum-əqrəbaya öz evlərindəcə iftar etdirmək sileyi-rəhm (*Qohum-əqrəbaya baş çəkmək, onlarla münasibətləri qoruyub saxlamaq) və yaxşılıq savabını da özü ilə gətirən əməllərdəndir.

 2. Köməyə möhtac insanlar üçün sədəqə qutuları

Qəlbləri xeyirxahlıq etməyə meyilli və hazır olanlar, bu ay ərzində yax­şılıq etmək və əl tutmaq istəyənlər kiçik sosial işlərlə ramazan ayını səmərəli keçirə bilərlər. Belə insanların ev və iş yerlərində kiçik sədəqə qutuları qoymaqla bu və ya digər formada əlaqəsi olan şəxslərin himmətini (yardımını) toplayıb möhtac kimsələrə çatdırması bu­na bariz örnəkdir.

Bu yolla – zahirən bəsit görünsə də – əslində, ciddi yardım etmək olar. Əsas odur ki, insan bu köməyi qəlbən etsin və başqaları da bu gözəl işə təşviq edilsin.

Müsəlmanın köməyinə tələsmək və “bir bədənin üzvləri” (bax. Buxari, Ədəb, 27; Müslim, Birr 66) olduğumuzu göstərmək üçün bundan daha gözəl vəsilə varmı?

3. Xeyriyyə qurumlarının – vəqf və dərnəklərin yardım paylama işində könüllü iştirak etmək

Ramazan ayı dörd həftədən ibarətdir. Hər həftənin son günləri, ələlxüsus da, gənclər, həyatlarını Allah yolunda xidməti özünə qayə seçən Müsəlmanlar yığılmış yardımları paylayan və yoxsullara iftar verən xeyriyyə təşkilatlarının işində iştirak edə bilərlər. Hətta tanıma­dıqları yerlərə gedərək yoxsul və ehtiyac içində olan insanların dərdlərinə şərik olarlar. Əllərindən gələni əsirgəməz və onlara lazımı yar­dımı çatdırarlar. Bu gün xeyriyyə müəssisələrinin sayı az deyildir. Bu dərnəklər və müəssisələrlə əlaqə saxlayıb onların yardımlarını möhtac insanlara paylamağa könüllü olaraq kömək etmək ramazan ayı­na bambaşqa ab-hava qatar və savabı qat-qat artırar.

Oruc tuturuq deyə müqəddəs ramazan ayını miskin-miskin təkcə ailəmizlə keçirməməliyik. Çünki Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) həyatına nəzər saldıqda ramazan ayında bir çox mühüm hadisələrin gerçəkləşməsinə şahid oluruq. Qəlblərin Allaha yönəlməsi naminə, xüsusən, ürəyi Cənnətlə döyünən gənclərin, özünü gənc hiss edənlərin, gəncliyin fiziki keyfiyyətlərdə deyil, fikirdə, davranışda olduğunu bilən, bunu vicdanən duyanların diqqət yetirməli olduğu bu vəsilə ilə ramazan ayını tamam fərqli keçirə bilərik.

4. Yardıma möhtac insanlara baş çəkmək 

Dinə xidməti özünə qayə seçmiş, yaxşılıq etmək arzusu ilə alışıb-yanan hər kəsin kimsəsizlər evini, qocalar evini, tələbə yataqxanalarını, tələbə evlərini, bir sözlə, yardıma möhtac insanların qaldığı yerləri – hansı dindən olur-olsun – ziyarət etməsi, az da olsa, onların bir ehtiyacını qarşılamağa çalışması Ramazan ayında böyük savablara vəsilədir. Xeyirxahlıq etməyə çalışan hər bir inanclı insan üçün bu ehtiyac sahibləri ilə birgə oturub söhbət etmək, onlara kitab kimi dəyərli hədiyyələr vermək, maddi ehtiyaclarını münasib şəkildə qarşılamağa çalışmaq mühüm vəsilələrdir.

Xüsusilə də, belə müəssisələrdə qalan gənclər təcrid edildiklərini, diqqətdən kənarda qaldıqlarını düşünüb bütün insanları və ələlxüsus, dinini yaşamağa çalışanları diqqətsizlikdə, laqeydlikdə ittiham edə bilərlər. Bunda gəncliyin nisbətən tələskən, coşqun olmasının da az-çox rolu var.  Qeyd edək ki, əgər belə insanların arasında ibadətdən və Allahdan uzaq olanlar varsa, onların yardımına tələsməyənlər də buna görə məsuliyyət daşıyırlar. Bu məsələdə dini ayrı-seçkiliyə yol vermədən ehtiyacı olan hər kəsə diqqət göstərməli, onların hidayətə çatmasına vəsilə olmaq üçün cani-dildən çalışmalıyıq. Bu, eyni zamanda “Allah bu dünyada insanların dərdinə çarə olan adamın axi­rətdəki sıxıntılarından birini aradan qaldıracaq” (Buxari, Məzalim, 4; Müslim, Birr, 58) – deyə buyuran Peyğəmbərimizin (sallallahu əleyhi vəsəlləm) sünnəsinə əməl etməkdir.



Açar sözləri

slider

Bənzər məqalələr

Səhabələrin Allah yolunda infak etməsi necə idi ?

Allah Rəsulunun insanları infaqa (Allah yolunda vermək) təşviq etməsi Hz. Cərir (r.a.) rəvayət edir: “Səhərin erkən vaxtında Allah Rəsulu ilə birlikdə oturmuşduq. Bu əsnada yalın ayaqlı və əyinlərində əba, bellərində qılınc bir dəstə mudarlı gəldi. Allah Rəsulu onların yoxsul halını görüncə kədərləndi, üzünün rəngi dəyişdi. İçəriyə girdi, sonra da çölə çıxıb Bilala azan oxumağı əmr […]

Bütün orqanlarla oruc

Ramazan ayında oruc tutan hər bir müsəlman bilir ki, yemək, içmək və cinsi münasibət orucu pozur. Oruc ibadəti yemək-içməkdən və cinsi əlaqədən uzaq durmaqla yanaşı, sözün əsl mənasında, bütün orqanların iştirakı ilə reallaşır. “Mədə yeyib-içməkdən qorunduğu kimi, dil də yalandan, pis sözdən, boş söhbətlərdən uzaq olmalıdır. Göz harama, yanlış yerlərə baxmamalı, kiminsə

Namazın mahiyyəti və mənası

CAVAB: Namaz, əslində bir duadır, ancaq digər ibadətlərin xülasəsini ehtiva edən bir dua. Bundan əlavə, edilən duaların müəyyən qismi də namazla əlaqədardır. Namaza başlayarkən müəyyən dualar oxuduğumuz kimi, namazın müxtəlif rüknlərində və  salam verib namazı bitirdikdən sonra da bəzi dualar oxuyuruq. Ancaq namazın mahiyyəti Haqq-Təalanı təsbeh etmək – “Subhanallah” demək, Ona şükür etmək – “Əlhamdulillah” demək […]

Televiziya proqramlarından qazanılan pul halaldırmı?

CAVAB: televiziya proqramlarında təşkil edilən yarış proqramlarının hamısından qazanılan mükafatların halal yoxsa  haram olduğu haqda ümumi bir hökm vermək doğru deyildir. Şans və qumar xarakterli olmayıb, insan haqlarına hörmətlə yanaşan, yarışa qatılanların arasında obyektiv və adil seçim edilərək müəyyən bir məlumat və bacarığın yoxlandığı yarış proqramlarından qazanılan mükafatın alınması caizdir, halaldır.

Yeni qurulmuş ailənin ilk illərində nələrə diqqət edilməlidir?

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur: “Sənə faydalı olan şeyin arxasınca get və onu əldə etmək ucun Allahdan komək dilə. Əsla acizlik etmə. Başına bir iş gələndə də: “Kaş belə edəydim, belə olardı,” – demə. Yalnız: “Bu, Allahın təqdiridir, O dilədiyini edər,” – de. Cunki “kaş” deyib heyifsilənmək şeytana qapı acar, soyləyəni zərərə salar”.


Şərh yaz