Mənəviyyata Açılan Pəncərə

Dəmir və kağız pulların zəkatı

Qızıl və gümüşə zəkat düşməsi onların dəyər ölçüsü olmasından irəli gəlir. İslamın ilk vaxtlarında qızıl və gümüşün ticarət və iqtisadiyyatda oynadığı rolu hal-hazırda dəmir və kağız pullar oynayır. Yəni bu gün işlənən kağız pullar, çek, hissə sənədləri, banknotlar həm mübadilə vasitəsidir, həm mübadilə edilən malların dəyər ölçüsüdür və satın alma potensialına malikdir. Bu səbəbdən də 595 qram gümüş və ya 85 qram qızıl dəyərində kağız pulların, çeklərin, banknotların 2,5%-i zəkat verilməlidir.[1]



[1]  “Əl-mövzuatul-fiqhiyyə”, 23/267; Ö. Nasuhi Bilmen, “Böyük İslam Elmihalı”, 331.

 

Exit mobile version