Mənəviyyata Açılan Pəncərə

Cümə günü günortanı camaatla qılmaq

Sual: Cümə günü günorta namazını camaatla qılmaq olar?

Hənəfi məzhəbinə görə, cümə günü üzrlü səbəbdən cüməyə gedə bilməyənlər cümə namazından əvvəl və ya sonra günorta namazını camaatla qıla bilməzlər. (Mərğinani, əl-Hidayə, I, 84) Qılınması təhrimən-məkruhdur. Çünki həmin vaxtda sadəcə cümə namazını camaatla qılmaq olar. Üzrlü səbəblərdən cümə namazına gedə bilməyən şəxslər günorta namazını olduqları şəhərdə cümə namazı qılındıqdan sonra qılmalıdırlar.

Hənəfilər xaric digər alimlərə görə isə, üzrlü səbəbdən cüməyə gedə bilməyən və ya cümə namazı qılmaqla mükəlləf olmayanların cümə günü günorta namazını camaatla (camaat namazı savabını qazanmaq üçün) qılması sünnətdir. (Şirbini, Muğnil-muhtac, I, 540; Ətraflı məlumat üçün bax: Vehbe Zuhayli, İslam fıkhı ansiklopedisi, II, 410-411)

Exit mobile version