- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Corab üzərinə məsh

Qadınlar corab çıxartmağın çətin olduğu vəziyyətlərdə corab üzərinə məsh edə bilər?

Ayağa geyilən coraba məsh etmək üçün corab bu xüsusiyyətlərə malik olmalıdır:

  1. Ayağa geyilən məst ilə ən az üç mil (təx. 5 km) qət etmək mümkün olmalıdır.
  2. Məst bağlanmadan özbaşına ayaqda düz duracaq şəkildə qalın olmalıdır.
  3. Xaricdən aldığı suyu içəri keçirəcək qədər də nazik olmamalıdır.
  4. Məst topuqlarla birlikdə ayaqaların hər tərəfini örtməlidir. Topuqlardan qısa qalan potik, tərlik və bənzəri şeylərin üzərinə məsh edilməz.[1] Qadınların geyindikləri corablar yuxarıdakı xüsusları daşımadığı üçün, corab üzərinə məsh etmək caiz deyildir. Buna görə də dəstəmaz alanda ayaqlar yuyulmalıdır.

[1] Kasani, Bədaüs-Sanai, 1/10, İbn Abidin, haşiyətu Rəddul-Muxtar, 1/261; Fətəvai- hindiyyə, 1/32-34.