1. 727 dəfə oxunub ,   0 şərh   Çap et

إنَّ الْمُتَّق۪ينَ ف۪ي جَنَّاتٍ وَعُيُونٍ * اُدْخُلُوهَا بِسَلَامٍ آمِن۪ينَ * وَنَزَعْنَا مَا ف۪ي صُدُورِهِمْ مِنْ غِلٍّ إِخْوَانًا عَلٰى سُرُرٍ مُتَقَابِل۪ينَ *

 لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُمْ مِنْهَا بِمُخْرَج۪ينَ *

Müttəqilər isə cənnətlərdə və bulaqlar başında olacaqlar. Onlara: “Ora sağ-salamat (sağlıqla) və (hər şeydən) əmin olaraq daxil olun!” Biz onların qəlbindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər. Onlara orada (Cənnətdə) heç bir yorğunluq (zəhmət) üz verməz. Onlar oradan çıxan da deyillər. (Cənnətdə əbədi qalacaqlar). {“Hicr” surəsi, 15/45-48}

 

إِنَّ الْمُتَّق۪ينَ ف۪ي مَقَامٍ أَم۪ينٍ * ف۪ي جَنَّاتٍ وَعُيُونٍ * يَلْبَسُونَ مِنْ سُنْدُسٍ وَإستَبْرَقٍ مُتَقَابِل۪ينَ * كَذٰلِكَ وَزَوَّجْنَاهُمْ بِحُورٍ ع۪ينٍ * يَدْعُونَ فِيهَا بِكُلِّ فَاكِهَةٍ آمِن۪ينَ * لَا يَذُوقُونَ فِيهَا الْمَوْتَ إِلَّا الْمَوْتَةَ الْأُولٰى وَوَقَاهُمْ عَذَابَ الْجَح۪يمِ * فَضْلاً مِنْ رَبِّكَ ذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظ۪يمُ

Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə – bağçalarda və bulaqlar başında olacaqlar! Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər. (Möminlərin Cənnətdəki əhvalı) belədir. Hələ onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik. Onlar orada (cənnət nemətlərinin tükənməzliyinə) arxayın olaraq hər meyvədən istəyəcəklər. Onlar orada ilk (dünyadakı) ölümdən başqa heç bir ölüm dadmayacaqlar! (Allah) onları cəhənnəm əzabından qorumuşdur – Sənin Rəbbindən bir lütf olaraq (ya Peyğəmbər!) Bu, böyük qurtuluşdur (uğurdur)! {“Duxan” surəsi, 44/51-57}

يَا عِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ الْيَوْمَ وَلَا أَنْتُمْ تَحْزَنُونَ * الَّذ۪ينَ آمَنُوا بِآيَاتِنَا وَكَانُوا مُسْلِم۪ينَ * ادْخُلُوا الْجَنَّةَ أَنْتُمْ وَأَزْوَاجُكُمْ تُحْبَرُونَ * يُطَافُ عَلَيْهِمْ بِصِحَافٍ مِنْ ذَهَبٍ وَأَكْوَابٍ وَفِيهَا مَا تَشْتَهِيهِ الْأَنْفُسُ وَتَلَذُّ الْأَعْيُنُ وَأَنْتُمْ فِيهَا خَالِدُونَ * وَتِلْكَ الْجَنَّةُ الَّتِي أُورِثْتُمُوهَا بِمَا كُنْتُمْ تَعْمَلُونَ * لَكُمْ فِيهَا فَاكِهَةٌ كَث۪يرَةٌ مِنْهَا تَأْكُلُونَ

Allah müttəqilərə belə buyuracaq:  “Ey bəndələrim, bu gün sizə heç bir qorxu yoxdur və siz qəm-qüssə də görməyəcəksiniz! O bəndələr ki ayələrimizə iman gətirib (Bizə) təslim olmuşlar. Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun!” (Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız! Bu sizin (dünyada) etdiyiniz (yaxşı) əməllər müqabilində varis olduğunuz Cənnətdir! Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz! {“Zuxruf” surəsi, 43/68-73}

 

إِنَّ الْأَبْرَارَ لَف۪ي نَع۪يمٍ * عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ * تَعْرِفُ ف۪ي وُجُوهِهِمْ نَضْرَةَ النَّع۪يمِ* يُسْقَوْنَ مِنْ رَح۪يقٍ مَخْتُومٍ * خِتَامُهُ مِسْكٌ وَف۪ي ذٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ * وَمِزَاجُهُ مِنْ تَسْن۪يمٍ * عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ

Həqiqətən, itaətkar və yaxşı əməl sahibi olan möminlər Nəim cənnətlərində olacaqlar. Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi nemətlərə) tamaşa edəcəklər. Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən! Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir. Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar! Ona təsnim (suyu) qatılmışdır. O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər. {“Mutaffifin” surəsi, 83/22-28}

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «قَالَ اللّٰهُ تَعَالٰى: أَعْدَدْتُ لِعِبَادِيَ الصَّالِح۪ينَ مَا لَا عَيْنٌ رَأَتْ وَلَا أُذُنٌ سَمِعَتْ وَلَا خَطَرَ عَلٰى قَلْبِ بَشَرٍ، وَاقْرَؤُوا إِنْ شِئْتُمْ {فَلَا تَعْلَمُ نَفْسٌ مَا أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ}

Əbu Hureyrə (r.a.) nəql edir:

“Allah Rəsulu (s.ə.s.) bəyan edir: “Uca Allah: “Mən əməli-saleh qullarıma elə nemətlər hazırlamışam ki, onları nə göz görüb, nə qulaq eşidib, nə də ağıl təsəvvür edə bilib!” – buyurdu”.

Əbu Hureyrə (r.a.) deyir: “İstəsəniz, bu hədisi təsdiq edən bu ayəni də oxuya bilərsiniz: “Etdikləri əməllərinin mükafatı olaraq (Allah dərgahında) onlar üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!” [“Səcdə” surəsi, 32/17) (Buxari, Təfsiru surə 32/1; Müslim, Cənnət 2]

 عَنِ ابْنِ مَسْعُودٍ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «إِنّ۪ي لَأَعْلَمُ آخِرَ أَهْلِ النَّارِ خُرُوجًا مِنْهَا وَآخِرَ أَهْلِ الْجَنَّةِ دُخُولاً الْجَنَّةَ رَجُلٌ يَخْرُجُ مِنَ النَّارِ حَبْوًا، فَيَقُولُ اللّٰهُ  لَهُ: اِذْهَبْ فَادْخُلِ الْجَنَّةَ، فَيَأْتِيهَا فَيُخَيَّلُ إِلَيْهِ أَنَّهَا مَلْأٰى، فَيَرْجِعُ فَيَقُولُ: يَارَبِّ وَجَدْتُهَا مَلْأٰى، فَيَقُولُ اللّٰهُ  لَهُ: اِذْهَبْ فَادْخُلِ الْجَنَّةَ، فَيَأْتِيهَا، فَيُخَيَّلُ إِلَيْهِ أَنَّهَا مَلْأٰى، فَيَرْجِعُ. فَيَقُولُ: يَا رَبِّ وَجَدْتُهَا مَلْأٰى فَيَقُولُ اللّٰهُ لَهُ: اِذْهَبْ فَادْخُلِ الْجَنَّةَ فَإِنَّ لَكَ مِثْلَ الدُّنْيَا وَعَشْرَةَ أَمْثَالِهَا أَوْ إِنَّ لَكَ مِثْلَ عَشْرَةِ أَمْثَالِ الدُّنْيَا، فَيَقُولُ: أَتَسْخَرُ ب۪ي أَوْ أَتَضْحَكُ ب۪ي وَأَنْتَ الْمَلِكُ» قَالَ: فَلَقَدْ رَأَيْتُ رَسُولَ اللّٰهِ  ضَحِكَ حَتّٰى بَدَتْ نَوَاجذُهُ فَكَانَ يقُولُ: «ذٰلِكَ أَدْنٰى أَهْلِ الْجَنَّةِ منْزِلَةً»

İbn Məsud (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Cəhənnəmdən ən axırda çıxan və Cənnətə ən axırda girən adamı yaxşı tanıyıram. O adam Cəhənnəmdən sürünə-sürünə çıxa­caq. Qüdrətli və Əzəmətli Uca Allah ona:

– İndi get, Cənnətə gir!  – buyuracaq. O da Cənnətin qapısına gələcək, lakin Cənnət ona ağzına qədər dolu görünəcək. Dönüb:

– Ya Rəbbi, Cənnəti dolu gördüm, – deyəcək. Uca Allah da yenə ona:

– Get, Cənnətə gir! – buyuracaq. Təkrar gedəcək və yenə Cənnətin dolu olduğunu müşahidə edəcək. Bir daha dönüb:

– Ya Rəbbi! Cənnəti ağzına qədər dolu gördüm, – deyəcək. Qüdrətli və Əzəmətli Allah bu dəfə də yenə:

– Get və Cənnətə gir, orada sənin üçün dünya qədər və dünyanın on qatı qədər yer var, – buyuracaq. O da (gözləmədiyi bu lütf qarşısında heyrətindən):

– Ya Rəbbi! Sən kainatın mütləq hakimi ola-ola mənimlə zarafat edir və ya halıma gülürsən? –deyəcək”.

Hədisin ravisi İbn Məsud (r.a.) burada Allah Rəsulunun (s.ə.s.) (hədisdə bəhs edilən biçarənin bu neməti istehza kimi qəbul edəcəyini bildiyinə görə) azı dişləri görünənə qədər təbəssüm etdiyini və ardınca belə buyurduğunu nəql edir: “Cənnətin ən aşağı mənzil və mərtəbəsində olan adam bax belədir”. (Buxari, Riqaq 51; Müslim, İman 308)

 عَنْ أَب۪ي مُوسٰى t عَنِ النَّبِيِّ r قَالَ: «إِنَّ أَهْلَ الْجَنَّةِ لَيَتَرَاءَوْنَ أَهْلَ الْغُرَفِ مِنْ فَوْقِهِمْ كَمَا تَتَرَاءَوْنَ الْكَوْكَبَ الدُّرِّيَّ الْغَابِرَ فِي الْأُفُقِ مِنَ الْمَشْرِقِ أَوِ الْمَغْرِبِ لِتَفَاضُلِ مَا بَيْنَهُمْ» قَالُوا: يَا رَسُولَ اللّٰهِ، تِلْكَ مَنَازِلُ الْأَنْبِيَاءِ لَا يَبْلُغُهَا غَيْرُهُمْ؟ قَالَ: «بَلٰى وَالَّذ۪ي نَفْس۪ي بِيَدِهِ رِجَالٌ أٓمَنُوا بِاللّٰهِ وَصَدَّقُوا الْمُرْسَل۪ينَ»

Əbu Səid əl-Xudri (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Necə ki siz səhərə yaxın şərq və ya qərb üfüqündə, səmanın ən uzaq nöqtəsində batmaqda olan parlaq və iri ulduzu ancaq diqqətlə baxandan sonra görə bilirsiniz, Cənnət əhli də öz aralarında yüksək köşklərin sahiblərini belə çətinliklə görə bilirlər”. Səhabələr Peyğəmbərimizdən: “Ya Rəsulallah! O yüksək köşklər peyğəmbərlərə aiddir? Başqaları oralara çata bilər?” – deyə soruşdular. Peyğəmbərimiz: “Bəli! – deyə təsdiq etdi və belə buyurdu, – lakin (Allah başqalarına da verə bilər) Canım qüdrət əlində olan Allaha and olsun ki, o məqamlara Allaha iman edib bütün peyğəmbərləri ürəkdən təsdiq edən adamlar da yüksələcək”. [Buxari, Bədül-xalq 8; Müslim, Cənnət 119]

 عَنْ أَب۪ي سَع۪يدٍ وَأَب۪ي هُرَيْرَةَ   أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «إِذَا دَخَلَ أَهْلُ الْجَنَّةِ الْجَنَّةَ يُنَاد۪ي مُنَادٍ: إِنَّ لَكُمْ أَنْ تَحْيَوْا فَلَا تَمُوتُوا أَبَدًا وَإِنَّ لَكُمْ أَنْ تَصِحُّوا فَلَا تَسْقَمُوا أَبَدًا وَإِنَّ لَكُمْ أَنْ تَشِبُّوا فَلَا تَهْرَمُوا أَبَدًا وَإِنَّ لَكُمْ أَنْ تَنْعَمُوا فَلَا تَبْأَسُوا أَبَدًا»

Əbu Səid və Əbu Hureyrə (r.anhumə) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu bəyan edir:

“Cənnətliklər Cənnətə girəndə bir carçı belə səslənəcək: “Siz bundan sonra Cənnətdə əbədi yaşayacaq, heç vaxt ölməyəcəksiniz, həmişə sağlam qalacaq, heç vaxt xəstələnməyəcəksiniz; həmişə gənc və gümrah olacaq, əsla qocalmayacasınız; nemət və səadət içində əbədi ömür sürəcək, heç vaxt kədər və sıxıntı ilə qarşılaşmayacaqsınız.” [Müslim, Cənnət  22]

 عَنْ أَب۪ي سَع۪يدٍ الْخُدْرِيِّ  أَنَّ رَسُولَ اللّٰهِ قَالَ: «إِنَّ اللّٰهَ  يَقُولُ لِأَهْلِ الْجَنَّةِ: يَا أَهْلَ الْجَنَّةِ، فَيَقُولُونَ: لَبَّيْكَ رَبَّنَا وَسَعْدَيْكَ وَالْخَيْرُ ف۪ي يَدَيْكَ، فَيَقُولُ: هَلْ رَض۪يتُمْ؟ فَيَقُولُونَ: وَمَا لَنَا لَا نَرْضٰى يَا رَبَّنَا وَقَدْ أَعْطَيْتَنَا مَا لَمْ تُعْطِ أَحدًا مِنْ خَلْقِكَ، فَيَقُولُ: أَلَا أُعْط۪يكُمْ أَفْضَلَ مِنْ ذٰلِكَ؟ فَيَقُولُونَ: وَأَيُّ شَيْءٍ أَفْضَلُ مِنْ ذٰلِكَ؟ فَيَقُولُ: أُحِلُّ عَلَيْكُمْ رِضْوَان۪ي فَلَا أَسْخَطُ عَلَيْكُمْ بَعْدَهُ أَبَدًا»

Əbu Səid əl-Xudrinin (r.a.) rəvayət etdiyinə görə, Peyğəmbərsimiz (s.ə.s.) belə buyurmuşdur:

“Allah (c.c.) cənnətlik qullarına: “Ey Cənnət əhli!” – deyə xitab edəcək. Onlar da: “Buyur, Rəbbimiz, əmrinə hazırıq! Bütün xeyir və yaxşılıqların sahibi Sənsən, nə gözəllik varsa, Sənin lütfündür,” – deyə cavab verəcəklər. Uca Allah: “Məndən razısınızmı?” – deyə soruşacaq. Onlar: “Sən heç kimə vermədiyin bu qədər neməti bizə lütf etmisən, necə razı qalmayaq?” – deyəcəklər. Allah: “Sizə bütün bunlardan daha böyük bir lütf edimmi?” – deyə soruşacaq. Cənnətliklər: “Bunlardan daha böyük nemət nə ola bilər?”– deyə heyrət edəcəklər. Bundan sonra Uca Allah ən böyük müjdəsini verəcək: “Sizdən əbədiyyən razı olacaq və sizə heç vaxt qəzəblənməyəcəyəm”. [Buxari, Riqaq 51; Müslim, Cənnət  9]

 عَنْ جَر۪يرِ بْنِ عَبْدِ اللّٰهِ  قَالَ: كُنَّا عِنْدَ رَسُولِ اللّٰهِ  فَنَظَرَ إِلَى الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ وَقَالَ: «إِنَّكُمْ سَتَرَوْنَ رَبَّكُمْ عِيَانًا كَمَا تَرَوْنَ هٰذَا الْقَمَرَ لَا تُضَامُّونَ ف۪ي رُؤْيَتِهِ»

Cərir ibn Abdullah (r.a.) nəql edir:

“Bir gecə Allah Rəsulu (s.ə.s.) ilə birlikdə idik. (O gecə ayın on dördü idi) Aya baxdı və belə buyurdu: “Siz bu bədirlənmiş ayı əziyyətsiz və bir-birinizə göstərmək üçün sıxlaşıb izdiham çıxarmadan gördüyünüz kimi, Rəbbinizi də kəmmiyət və keyfiyyətin fövqündə açıq şəkildə görəcəksiniz”. [Buxari, Təfsiru surə 50/2, Tövhid 24; Müslim, Məsacid 21



Açar sözləri

cənnət nemət

Bənzər məqalələr

Rəsulullahın ramazan xütbəsi

Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.

Dünya nemətlərindən istifadə

Mömin dünya nemətlərindən istifadə edərkən nələrə diqqət etməlidir? Quranda bildirilən “mutrafin”dən olmamaq üçün nə etmək lazımdır?

Axirətin varlığının dəlilləri

Doğrudanmı, əbədiyyət var və insan əbədiyyətə qovuşacaq?
Əbədi həyatın var olub-olmamasının həm İlahi, həm məntiqi, həm də elmi dəlilləri var. Bu dəlillər o qədər çoxdur ki, onları sayıb qurtarmaq mümkün deyil.

Az gülün, çox ağlayın!

Allaha and olsun, mənim bildiyimi siz bilsəydiniz az gülər, çox ağlayardınız.

Axirət həyatının mərhələləri

Vəfat edib bu dünyadan köçəndən sonra fərqli bir aləmdə gözlərimizi açacağıq. Axirət həyatına gedən yolda bir-neçə mərhələdən keçirik.


Şərh yaz