- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Bir topluluqdan qorxanın duası

اَللَّهُمَّ اكْفِنِيهِمْ بِمَا شِئْتَ

 “Ey Allahım! İstədiyin (kimi, istədyin) şeylə məni onlardan (onların şərindən) qoru”.[1]

Quran oxuyarkən vəsvəsəyə düşənin duası

أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

“Daşlanmış (məlun) şeytandan Allaha sığınıram!” (deyib sol tərəfə üç dəfə xəfifcə tüpürür)[2]

Çətin işlə üzləşərkən oxunan dua

اَللَّهُمَّ لاَ سَهْلَ إِلاَّ مَا جَعَلْتَهُ سَهْلاً، وَأَنْتَ تَجْعَلُ الْحُزْنَ إذَا شِئْتَ سَهْلاً

 “Ey Allahım! Sənin asanlaşdırdığın şeydən başqa asanlıq yoxdur (köməyin olmayan hər şey çətindir). Sən istəsən, dər­dimi, qəmimi yox edə bilərsən”.[3]

Bəla və müsibətlərin çoxaldığı vaxtlarda oxunan dua

 “Qəsideyi-Bürdə”nin:

هُوَ الْحَبِيبُ الَّــذِي تُرجَى شَـفَاعَتُهُ

لِكُــلِّ هَوْلٍ مِن الْأَهْـوَالِ مُقْتَحِمِ

مَوْلاَيَ صَلِّ وَ سَلِّمْ دَائِماً أبَداً

عَلَى حَبِيبِكَ خَيْرِ الْخَلْقِ كُلِّهِمْ

 “Ey bizim Sahibimiz! Məxluqatın ən xeyirlisi olan Həbibin Mə­həmmədə əbədi olaraq salət və salam olsun! O, bütün qor­xuların yeganə şəfaətçisi Habibullahdır” hissəsini böyük şəxsiyyətlər bəla və müsibətlər çoxalanda min dəfə oxuyardılar.



[1]. Müslim, Zühd 73

[2]. Müslim, Selam 68

[3]. Nevevi, el-Ezkar, s116