1. 072 dəfə oxunub ,   0 şərh   Çap et

Bidətdən və din adı ilə sonradan çıxarılan şeylərdən çəkinmək

فَمَا ذَا بَعْدَ الْحَقِّ اِلاَّ الضَّلَالُ

 Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?!.. {“Yunus” surəsi, 10/32}

قُلْ اِنْ كُنْتُمْ تُحِبُّونَ اللّٰهَ فَاتَّبِعُونِى يُحْبِبْكُمُ اللّٰهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ

De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın”. {“Ali İmran” surəsi, 3/31}

 وَاَنَّ هذَا صِرَاط۪ي مُسْتَق۪يمًا فَاتَّبِعُوهُ وَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَب۪يلِهِ

Bu,şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın ki, Onun yolunu tərk etməyəsiniz. {“Ənam” surəsi, 6/153}

 عَنْ عَائِشَةَ  قَالَتْ قَالَ رَسُولُ اللّٰهِ: «مَنْ أَحْدَثَ ف۪ي أَمْرِنَا هٰذَا مَا لَيْسَ مِنْهُ فَهُوَ رَدٌّ»

Həzrəti Aişənin (r.anhə) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Kim bu dinimiz barədə onun əslinə uyğun olmayan bir şey ortaya atarsa, o şey etibarsızdır və qeyri-məqbuldur”. [Buxari, Sülh 5; Müslim, Aqdiyə 17, 18]

 عَنْ جَابِرٍ قَالَ: كَانَ رَسُولُ اللّٰهِ  إِذَا خَطَبَ احْمَرَّتْ عَيْنَاهُ وَعَلَا صَوْتُهُ وَاشْتَدَّ غَضَبُهُ حَتّٰى كَأَنَّهُ مُنْذِرُ جَيْشٍ يَقُولُ صَبَّحَكُمْ وَمَسَّاكُمْ وَيقُولُ: «بُعِثْتُ أَنَا وَالسَّاعَةَ كَهَاتَيْنِ» وَيَقْرُنُ بَيْنَ أُصْبُعَيْهِ السَّبَّابَةِ وَالْوُسْطَى وَيَقُولُ: «أَمَّا بَعْدُ، فَإِنَّ خَيْرَ الْحَد۪يثَ كِتَابُ اللّٰهِ وَخَيْرَ الْهَدْيِ هَدْيُ مُحَمَّدٍ ، وَشَرَّ الْأُمُورِ مُحْدثَاتُهَا وَكُلَّ بِدْعَةٍ ضَلَالَةٌ» ثُمَّ يَقُولُ: «أَنَا أَوْلَى بِكُلِّ مُؤْمِنٍ مِنْ نَفْسِهِ. مَنْ تَرَكَ مَالًا فَلِأَهْلِهِ، وَمَنْ تَرَكَ دَيْنًا أَوْ ضَيَاعًا فَإِلَيَّ وَعَلَيَّ»

Hz. Cabir (r.a.) rəvayət edir: “Xütbə verərkən Allah Rəsulunun (s.ə.s.) gözləri qızarar, səsi yüksələr, “Düşmən səhər-axşam üstünüzə hücum çəkəcək, özünüzü qoruyun!” deyə ordusunu xəbərdar edən sərkərdə kimi cəlal­lanardı.

Yenə bir dəfə şəhadət barmağı ilə orta barmağını birləşdirərək: “Mən Qiyamətə bu iki barmaq qədər yaxın olan bir dövrdə peyğəmbər göndərilmişəm,”– buyurdu və sözünə belə davam elədi:

– Demək istədiyim budur: “Ən gözəl söz Allahın Kitabıdır. Ən xeyirli yol Məhəmmədin (s.ə.s.) yoludur, sünnəsidir. Ən çirkin iş Quranın və sünnətin əleyhinə olub sonradan ortaya çıxarılmış bi­dətlərdir. Hər bir bidət zəlalətdir, yoldan azmadır, əsildən uzaq­laşmadır… Mən möminlərə onların özündən daha yaxınam. Vəfat edən bir mömin özündən sonra sərvət qoyarsa, varislərin, əhli-əya­lın olsun. Lakin borclu ölər və ya yetimləri qalarsa, o borcu qaytarmaq, yetimlərinə baxmaq mənim vəzifəmdir”. [Müslim, Cümə 43]




Şərh yaz