- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

“Beş bilinməyəni” necə başa düşməliyik

Sual:“Loğman” surəsinin sonunda sadalanan və “muğayyəbati-Xəmsə”dən (Bilinməyən 5 qeybi məsələ) sayılanyağışın yağma vaxtı və ana bətnindəki uşağın vəziyyəti bu gün artıq,sanki məlum olan məsələlərdəndirlər. Rəsədxanalar və hava haqqında məlumat büroları yağış haqqında əvvəlcədən məlumat verirlər. Rentgen şüaları ilə ana bətnindəki uşağın oğlan və ya qız olduğu əvvəlcədən müəyyən edilə bilir. Bu necə izah edilə bilər. Axı “Quran” bunların əvvəlcədən bilinməsinin mümkün olmadığını deyir.

Rəsədxanalardan yağışın başlanğıcını hiss edib vaxtını təyin etmək, qeybi bilmək deyil, bəlkə bu, qeybdən çıxıb şəhadət (görünən) aləminə yaxınlaşdığı zaman bəzi ilkin əlamətləri müəyyən edib dəyərləndirməkdir. Yəni meydana gəlməyə başlamış bir şeyin fərqinə varmaqdır. Bəzi yel xəstəliyi (revmatizma) olanlar belə, bədənlərindəki həssaslıqla yağış yağacağını əvvəlcədən hiss edə bilirlər. Çünki yağışdan əvvəl rütubət kimi bəzi əlamətlər var. Bəzi heyvanlarda da bu həssasiyyət müşahidə olunur. Demək ki, qeybdən çıxmış, fəqət şəhadət aləminə girməmiş şeylərin bir qayda olaraq bəzi əlamətləri var. Onlara diqqətlə baxıb, gözəl dəyərləndirilsə, fərqinə varmaq olur.

Rəsədxanalar da məhz bundan faydalanırlar. Bəzən hesablamalarında xətaya yol verəndə, muülahizə və proqnozları da səhv cıxır. Yoxsa hələ qeybdən çıxmamış, şəhadət aləminə girməmiş yağışın nə vaxt yağacağını Allahdan başqa hec kim bilməz. Yağışın yağması günəşin doğması kimi bir qanunauyğunluğa tabe deyildir. O, Allahın mərhəmət xəzinəsindən xüsusi bir iradə və əmrlə çıxar. Çünki rəhmət vasitəsiz, pərdəsiz, bilavasitə Allahın qüdrətinə bağlıdır. Çünki bilinən qaydalara, qanunlara bağlı şeylərdə Allahın icraatları müəyyən qədər pərdələndiyindən, insanlar o nemətlərə şükür etmirlər. Məsələn, günəşin doğmasında  nə qədər mənfəətlərin olduğu məlumdur. Halbuki o məlum bir qanunauyğunluğa tabe olaraq doğulduğuna görə, insanlar Allahın bu nemətinə qarşı sükür etmirlər. Yağış duasına çıxıb acizliklərini, ehti yaclarını və bir qul olduqlarını ifadə etdikləri halda, günəşdəki ilahi ehsanlara qarşı belə bir şey ağıllarına gəlmir. Çünki nə vaxt, haradan doğub batacağı məlumdur.

“Bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir.” (Loğman, 31/34) ayəsi uşağın sadəcə, oğlan və ya qız olduğunu ifadə etmir. Bununla birlikdə, onun xüsusi qabiliyyətlərini, qarşıda alacağı vəziyyətləri, qədər hörgülərində gizli həyat macərasını, taleyini, simasında və barmaq izlərində hər kəsi bir-birindən fərqləndirən incə işarətləri vurğulayır ki, bunları da Allahdan başqa heç kim bilə bilməz. “Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü.”