- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Azanın fəziləti və ədəbi

عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «لَوْ يَعْلَمُ النَّاسُ مَا فِي النِّدَاءِ وَالصَّفِّ الْأَوَّلِ ثُمَّ لَمْ يَجِدُوا إِلَّا أَنْ يَسْتَهِمُوا عَلَيْهِ لَاسْتَهَمُوا عَلَيْهِ، وَلَوْ يَعْلَمُونَ مَا فِي التَّهْج۪يرِ لَاسْتَبَقُوا إِلَيْهِ، وَلَوْ يَعْلَمُونَ مَا فِي الْعَتَمَةِ وَالصُّبْحِ لَأَتَوْهُمَا وَلَوْ حَبْوًا»

Əbu Hureyrənin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.)belə buyurmuşdur:

“Əgər insanlar azan (verməyin) və birinci səfdə (cərgədə) namaz qılmağın fəzilətini bilsəydilər, (arzu edənlər o qədər çox olardı ki,) püşk atmaq məcburiyyətində qalardılar. Yenə məscidə erkən gəlib camaata vaxtından əvvəl yetişməyin fəzilətini bilsəydilər, bir-biri ilə yarışardılar. Bir də yatsı (işa) və sübh namazını camaatla qılmağın savabını bilsəydilər, iməkləyə-iməkləyə, sürünə-sürünə də olsa, bu namazlara gələrdilər”. [Buxari, Azan 9; Müslim, Salat 129]

 عَنْ مُعَاوِيَةَ  قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ  يَقُولُ: «اَلْمُؤَذِّنُونَ أَطْوَلُ النَّاسِ أَعْنَاقًا يَوْمَ الْقِيَامَةِ»

Müaviyə (r.a.) nəql edir: “Allah Rəsulunun (s.ə.s.) belə bu­yurduğunu eşitdim: “Qiyamət günü müəzzinlər boy və bədəncə ən hündür insanlar kimi həşr ediləcək və Allahın mərhəmətindən artıqlaması ilə ümidvar olacaqlar”. [Müslim, Salat 14]

 عَنْ عَبْدِ اللّٰهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ   أَنَّهُ سَمِعَ رَسُولَ اللّٰهِ  يَقُولُ: «إِذَا سَمِعْتُمُ النِّدَاءَ فَقُولُوا مِثْلَ مَا يَقُولُ، ثُمَّ صَلُّوا عَلَيَّ فَإِنَّهُ مَنْ صَلّٰى عَلَيَّ صَلَاةً صَلّٰى اللّٰهُ عَلَيْهِ بِهَا عَشْرًا، ثُمَّ سَلُوا اللّٰهَ لِيَ الْوَس۪يلَةَ فَإِنَّهَا مَنْزِلَةٌ فِي الْجَنَّةِ لَا تَنْبَغ۪ي إِلَّا لِعَبْدٍ مِنْ عِبَادِ اللّٰهِ، وَأَرْجُو أَنْ أَكُونَ أَنَا هُوَ، فَمَنْ سَأَلَ لِيَ الْوَس۪يلَةَ حَلَّتْ لَهُ الشَّفَاعَةُ»

Abdullah ibn Amr ibn əl-Asın (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: “Azan oxunarkən müəzzinin sözlərini siz də təkrar edin. Daha sonra mənə salavat gətirin. Çünki kim mənə bir dəfə salavat gətirsə, Allah ona on salavatla (rəhmətlə) qarşılıq verər. Salavatın ardınca Allahdan mənim üçün vəsilə istəyin. Vəsilə Cənnətdə Allahın yalnız bir quluna nəsib olan yeganə məqamdır. Mən o yeganə bəxtəvər qul olmağı Allahdan ümid edirəm. Buna görə də mənim üçün vəsilə istəyən adama şəfaətim vacib olar”. [Müslim, Salat 11]

 عَنْ جَابِرٍ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «مَنْ قَالَ ح۪ينَ يَسْمَعُ النِّدَاءَ: اَللّٰهُمَّ رَبَّ هٰذِهِ الدَّعْوَةِ التَّامَّةِ وَالصَّلَاةِ الْقَائِمَةِ آتِ مُحَمَّدًا الْوَس۪يلَةَ وَالْفَض۪يلَةَ وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذ۪ي وَعَدْتَهُ، حَلَّتْ لَهُ شَفَاعَت۪ي يَوْمَ الْقِيَامَةِ»

Hz. Cabir (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Kim azanı dinlədikdən sonra bu duanı oxuyarsa, Qiyamət gü­nü şəfaətim ona vacib olar: “Ey bu kamil dəvətin və qılınacaq na­mazın Rəbbi olan Allahım! Hz. Məhəmmədə (s.ə.s.) Cənnətdə ən yüksək dərəcəni ver. Onu yaratdıqların içində ən yüksək məqama ucalt. Onu vəd etdiyin Məqamı-Mahmuda yüksəlt”. [Buxari, Azan 8, Təfsiru surə 17/11]

 عَنْ سَعْدِ بْنِ أَب۪ي وَقَّاصٍ  عَنِ النَّبِيِّ  أَنَّهُ قَالَ: مَنْ قَالَ ح۪ينَ يَسْمَعُ الْمُؤَذِّنَ: أَشْهَدُ أَنْ لَا إِلٰهَ إِلَّا اللّٰهُ وَحْدَهُ لَا شَر۪يكَ لَهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ رَض۪يتُ بِاللّٰهِ رَبًّا وَبِمُحَمَّدٍ رَسُولاً وَبِالْإِسْلَامِ د۪ينًا غُفِرَ لَهُ ذَنْبُهُ»

Sad ibn Əbi Vaqqasın (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Kim müəzzinin oxuduğu azanı eşitdikdən sonra bunları deyərsə, keçmiş günahları bağışlanar: “Bir və şəriksiz olan Allahdan baş­qa ilah olmadığına, Məhəmmədin (s.ə.s.) Onun qulu və Rəsulu ol­duğuna şəhadət gətirirəm. Rəbb kimi Allahdan, peyğəmbər kimi Məhəmməddən (s.ə.s.), din kimi də İslamdan razıyam”. [Müslim, Salat 13]