- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Aşura günü oruc tutmaq sünnədirmi?

Məhərrəm ayı və aşura günü xristian və yəhudilərdə də müqəddəs sayılırdı. Aşura günü orucu haqqında İbn Abbas (r.a) bunları nəql edir: “Rəsulullah (s.ə.s) Mədinəyə hicrət edəndə yəhudilərin Aşura günü oruc tutduqlarını gördü və: “Bu oruc nədir?” − vdeyə soruşdu. Onlar: “Bu gün çox gözəl gündür. Allah Təala bu gün Hz. Musanı (ə.s) və İsrailoğullarını düşməndən qurtarmışdır. Bu səbəblə Hz. Musa (ə.s) bu gün oruc tutmuşdur”. Peyğəmbərimiz (s.ə.s) də: “Mən Musaya sizdən daha yaxınam”, − buyuraraq bu gün oruc tutmağı əmr etdi”.[1] Bu vəziyyət Ramazan orucu fərz qılınana qədər davam etdi. Ramazan orucu fərz buyrulandan sonra Allah Rəsulu (s.ə.s) insanları Aşura orucu tutub-tutmamaqda sərbəst buraxdı. Yəni istəyən Aşura orucunu tuta bilər, istəyən də tutmazdı. “Bu gün Aşura günüdür. Bu gündə oruc tutmaq sizlərə fərz olmamışdır. Diləyən oruc tutsun, diləyən tutmasın.”[2]


[1] Buxari, Ənbiya, 24, Mənaqibul-Ənsar, 52; Müslim, Siyam, 127 (1130); Əbu Davud, Savm, 64; İbn Macə, Siyam, 41; Əhməd ibn Hənbəl, I, 291, 310, 336, 340.
[2] Buxari, Savm, 68; Müslim, Siyam, 117 (1126); Əbu Davud, Savm, 64.