- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Andı pozmağın kəffarəsi nədir?

“Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etməz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!”(Maidə 5/89)

İçdiyi andı pozan bir adam, öz ictimai və iqtisadi vəziyyətini nəzərə alaraq, aşağıdakı kəffarə növlərindən sıranı pozmayaraq birisini yerinə yetirməlidir.

a. On yoxsulu doyuzdurmaq: Andını pozan şəxsin (orta hesabla ailəsinə yedirdiyi ilə) on yoxsulu səhər və axşam şəxsən doyurması (ibahə) və ya onları səhər və axşam doyuracaq qədər bir qida maddəsini və ya onun əvəzini verməsi (təmlik) lazımdır. 

b. On yoxsulu geyindirmək: İslam dininə görə örtülməsi fərz olan yerləri örtəcək qədər bir paltar ilə on yoxsulu geyindirmək.

c. Bir köləni azad etmək.

ç. Üç gün oruc tutmaq: yuxarıdakı üç bənddən heç birinə gücü çatmayan üç gün ardarda oruc tutar. 

Kəffarənin and pozulduqdan sonra yerinə yetirilməsi lazımdır. Hz. Pey­ğəmbər (s.ə.s) belə buyurmuşdur: “Bir kimsə and içsə, sonra ondan daha xeyirlisini görsə andını pozsun və kəffarə versin.”[1]


[1] Müslim, İman, 15, 16; Buxari, İman, 1.