- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Ancaq müəyyən günlərdə ibadət etmə

Orucu yalnız Cümə günü tutma və yalnız Cümə gecəsinə xas nafilə namaz qılma kimi xüsusi gün və gecələr müəyyənləşdirmək məkruhdur

 عَنْ أَب۪ي هُرَيْرَةَ  عَنِ النَّبِيِّ  قَالَ: «لَا تَخُصُّوا لَيْلَةَ الْجُمُعَةِ بِقِيَامٍ مِنْ بَيْنِ اللَّيَاليِ وَلَا تَخُصُّوا يَوْمَ الْجُمُعَةِ بِصِيَامٍ مِنْ بَيْنِ الْأَيَّامِ إِلَّا أَنْ يَكُونَ ف۪ي صَوْمٍ يَصُومُهُ أَحَدُكُمْ»

Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Günlər arasından təkcə cümə gecələrini əhya etməyin. Eyni şəkildə günlər arasından oruc tutmaq üçün təkcə cümə gününü müəyyən etməyin. Ancaq tutduğunuz oruc cümə gününə rast gələrsə, bunda bir maneə yoxdur”. [Müslim, Siyam 148]