1. 571 dəfə oxunub ,   0 şərh   Çap et

İlahi əzəmət və sirlərə daha yaxından şahid olmaları yönü ilə mələklər Cənabi-Haqqın Zati-Üluhiyyətinə aid xüsusiyyətləri idrak etmə mövzusunda insanlardan daha irəlidədirlər. Bir başqa ifadə ilə mələklər, Allahın vəsf və adlarını bilmə nöqtəsində insanların önündədirlər. Ancaq insanlar Allahın bütün ad və vəsflərini əks etdirən əhatəli bir ayna olmaları üçün potensial dəyərləri etibarilə mələklərdən belə ülvi sayılırlar.

Mələklər Uca Yaradıcının ad və vəsflərinə yalnız nurani/ruhani yönləri ilə ayna ola biləcək bir mahiyyətdə yaradılmışdırlar. İnsanlara gəlincə onlar həm cismani, həm də ruhani olmaq üzrə iki ayrı baxımdan ilahi ad və vəsflərin təcəllilərinə məzhər ola biləcək xüsusiyyətlərlə yaradılmışdırlar.




Şərh yaz