4. 854 dəfə oxunub ,   0 şərh   Çap et

فَاذْكُرُون۪ي أَذْكُرْكُمْ وَاشْكُرُوا ل۪ي وَلَا تَكْفُرُونِ

Siz Məni zikr edin ki, Mən də sizi yada salım! Mənə şükür edin, əsla nankorluq etməyin! {“Bəqərə” surəsi, 2/152}

لَئِنْ شَكَرْتُمْ لَأَز۪يدَنَّكُمْ

Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. {“İbrahim” surəsi, 14/7}

وَآخِرُ دَعْوَاهُمْ أَنِ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَم۪ينَ

Onların Cənnətdəki duası “Əlhamdu lilləhi rabbil aləmin” (“Həmd olsun aləmlərin Rəbbi Allaha!”) sözləri ilə bitər. {“Yunus” surəsi, 10/10}

يَا أَيُّهَا الَّذ۪ينَ آمَنُوا اذْكُرُوا اللّٰهَ ذِكْرًا كَث۪يرًا * وَسَبِّحُوهُ بُكْرَةً وَأَص۪يلاً

Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis və tənzih edin! {“Əhzab” surəsi, 33/41-42}

إِنَّ ف۪ي خَلْقِ السَّمٰوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِأُولِي الْأَلْبَابِ * اَلَّذ۪ينَ يَذْكُرُونَ اللّٰهَ قِيَامًا وَقُعُودًا وَعَلٰى جُنُوبِهِمْ

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində), (bu) müddətin uzanıb-qısalmasında ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edirlər! {“Ali İmran” surəsi, 3/190-191}

 عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ النَّبِيَّ  أُتِيَ لَيْلةَ أُسْرِيَ بِهِ بِقَدَحَيْنِ مِنْ خَمْرٍ وَلَبَنٍ فَنَظَرَ إِلَيْهِمَا فَأَخَذَ اللَّبَنَ فَقَالَ جِبْر۪يلُ: «اَلْحَمْدُ لِلّٰهِ الَّذ۪ي هَدَاكَ لِلْفِطْرَةِ لَوْ أَخَذْتَ الْخَمْرَ غَوَتْ أُمَّتُكَ»

Əbu Hureyrə (r.a.) rəvayət edir:

“Merac gecəsi Peyğəmbərimizə (s.ə.s.) iki qədəh təqdim edildi, birində şərab (rəhiq), digərində süd vardı. Onlara baxdı və süd olan qədəhi seçdi. Bu seçimdən razı qalan Cəbrail (ə.s.) onu belə təbrik etdi: “Səni təbiətin (fitrətin) qayəsinə uyğun olanı seçməyə müvəffəq edən Allaha həmd olsun. Əgər şərabı götürsə idin, ümmətin azğınlaşardı”. [Müslim, İman 272; Əşribə 92]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «كُلُّ أَمْرٍ ذ۪ي بَالٍ لَا يُبْدَأُ فِيهِ بِـالْحَمْدِ لِلّٰهِ فَهُوَ أَقْطَعُ».

Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir: “Allaha şükürlə başlamayan hər önəmli iş bərəkətsizdir, davam etməz və kökü yoxdur”. [Əbu Davud, Ədəb 18]




Şərh yaz