Mənəviyyata Açılan Pəncərə

Ağır işlərdə işləyənlər oruc tutmalıdır?

Sual: Tikinti kimi ağır işlərdə işləyənlərin oruc tutmamalarına icazə verilirmi?

Cavab: Qurani-Kərimdə oruc tutmamağı mübah edən üzrlər arasında xəstəlik, yolçuluq və oruc tutmağa tab gətirməmək kimi hallar sadalanır (Bəqərə, 2/184, 185). Ümumiyyətlə, bir möminin xüsusilə Ramazan ayında oruc tutmasına mane olacaq qədər ağır işlərdə işləməsi və işlədilməsi düzgün deyil. Ramazan ayında bu cür ağır işlə qarşılaşan şəxs oruc tutaraq həmin işi icra edə bilmirsə və başqa iş imkanı da yoxdursa, habelə, bu işi tərk etdiyi təqdirdə, dolanışıq vəziyyəti çətinləşəcəksə, zərurət sayıldığı üçün bu halda oruc tutmaya bilər. Odur ki, ağır bir işdə işləməyə məcbur olan şəxs, oruc tutduqda, xəstəliyə tutulacağından qorxarsa oruc tutmaya bilər. Bu şəxslər daha sonra tuta bilmədikləri orucları qəza etməlidirlər. Bundan əlavə, ağır işdə işləyənə aclıq və susuzluq ucbatından ziyanlıq görərsə, orucunu pozması vacibdir. Çünki dinimizdə insanın özünə xətər yetirməsi qadağan edilmişdir. (bax. Nisa, 4/29)

Xülasə, oruclu şəxs iş səbəbilə xəstələnəcəyini güman etsə belə, xəstələnmədən orucu pozması və ya heç tutmaması halal deyil.

Dr. Anar Qurbanov

Exit mobile version