10. 380 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: 25 yaşım var. İbadətlərimdə nöqsanlar olsa da dualarıma diqqət edirəm. Lakin fikir verirəm ki,  dua etdikcə işlərim düz gətirmir. Bilmirəm, duamda səmimi deyiləm, yoxsa bununla imtahan olunuram? Buna görə çox pis oluram. Hal-hazırda biri qızla evlənmək istəyirəm. İstixarəyə yatdım, yaxşı yuxu gördüm. Lakin valideynlərim razı olmadığına görə onunla evlənə bilmirəm. Uşaqlığımdan etibarən valideynlərimlə sözüm düz gəlmir. Hamıya kömək etməyə çalışıram. Lakin özümə heç bir faydam toxunmur. Bu vəziyyətdən qurtulmaq üçün nə edə və ya hansı duanı oxuya bilərəm?

Cavab: Əvvəla, hər şey imtahandır. Bunu heç vaxt unutmayın.

İkincisi, hadisələrə baxış bucağınızı dəyişməyə çalışın. Məsələn, hər şeyi gözəl görməyə və haqqında gözəl düşünməyə çalışın. Onda görəcəksiniz ki, dünya daha gözəldir və rəngarəngdir.

Üçüncü olaraq da,

Fətih  və İnşirah surələrini,

“Ya Fəttah” ismini (489 dəfə)

“Rabbişrahli sadri” duasını oxuya bilərsiniz. Bundan əlavə, Rəsulullahın (s.ə.s) səhabələrindən birinə öyrətdiyi üzüntü, yoxsulluq və tənbəlliyə qarşı tövsiyə edilən duanı səhər və axşam namazlarından sonra oxuyun. Allahın iznilə işlərinizin  düzələr, bəxtiniz açılar.  

Bir gün Rəsulullah (sallallahu aleyhi və səlləm) məscidə girdikdə, orada ənsardan olan Əbu Ümamənin kədərli şəkildə oturduğunu gördü və soruşdu: “Namaz vaxtı deyil, nə üçün burdasan?” Əbu Ümamə, “Ya Rəsulullah içimdə bir sıxıntı var və borclarımı ödəyə bilmirəm” − dedi. Bunu eşidən Allah Rəsulu (sallallahu aleyhi və səlləm), “Sənə sıxıntını yox edəcək, borcunu ödəməyinə vəsilə olacaq dua öyrədimmi?” − buyurdu. “Bəli” − deyən Əbu Ümaməyə aşağıdakı duanı sabah və axşam namazlarından sonra oxumasını tövsiyə etdi.

  اَلَّلهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْهَمِّ وَالْحَزَنِ، وَأَعُوذُ بِكَ مِنَ الْعَجْزِ وَالْكَسَلِ، وَأَعُوذُ بِكَ مِنَ الْجُبْنِ وَالْبُخْلِ، وَأَعُوذُ بِكَ مِنْ غَلَبَةِ الدَّيْنِ وَقَهْرِ الرِّجَالِ

Mənası: Allahım sıxıntıdan, kədərdən, acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, xəsislikdən, borc altında qalıb əzilməkdən və insanların məni əzməsindən sənə sığınıram.[1]

Dördüncüsü, yaxşılıq etməyə davam edin. Unutmayın ki, edilən hər yaxşılıq əməl dəftərimizə qeyd olunur. Şeytan insana vəsvəsə verərək xeyirli işlərdən uzaqlaşdırmağa çalışır. Bununla yanaşı yaxşılığı yalnız Allah rizası üçün etmək lazımdır. İnsan qohum-əqrəbasına Allah rizasından başqa düşüncə ilə yaxşılıq etdikdə ummadığı nəticələrlə qarşılaşar. Onlardan umduğunu ala bilmədikdə isə xəyal qırıqlığına uğrayar. Atalar sözüdür, “Yaxşılıq elə at dəryaya, balıq bilməsə də Xaliq bilər”. İnşəallah bu yaxşılıqlar axirətdə mükafat olaraq qarşınıza çıxacaqdır.

Beşincisi, saleh insanlarla oturub-durmağa çalışın. Söhbəti-canan məclislərinə davam edin. O məclislər, söhbətlər, müzəkirələr həqiqətən sizi rahatladacaqdır.

Altıncısı, valideynlər bizim başımızın tacıdır. Heç bri valideyn övladının pisliyini arzu eləməz. Ancaq anlamaqda çətinlik çəkdikləri məsələlər varsa bunu onlara izah etmək lazımdır.  

Nəticə olaraq, imtahan dünyasında yaşadığımızı və başımıza gələn hər bir hadisənin bizim üçün bir imtahan olduğunu unutmamalıyıq.

[1]  Buxari, Dəavat 36; Əbu Davud, Səlat, 367.



Açar sözləri

borc dua qismət

Bənzər məqalələr

İmtahan duası

Duanın iki növü var: feli (əməli) və sözlə dua. İnsanın üzərinə düşən öhdəlikləri səbəblər dairəsində yerinə yetirməsi, çalışıb səy göstərməsi feli duadır.

Qədər dəyişməyəcəyinə görə dua etməyin faydası varmı?

Dua ilə bəla-müsibətin ortadan qalxması da İlahi təqdirdir. Bu yönü ilə dua, bəlanın ortadan qalxmasının səbəbi, ilahi rəhmətin cəlb edicisidir. Bu qalxanın insanı oxlardan qorumasına, suyun otları bitirməyə səbəb olmasına bənzəyir. Necə ki, qəza və qədərə inansa da, əsgər yenə silahını daşımalıdır.

Ağır işlərdə işləyənlər oruc tutmalıdır?

Ramazan ayında bu cür ağır işlə qarşılaşan şəxs oruc tutaraq həmin işi icra edə bilmirsə və başqa iş imkanı da yoxdursa, habelə, bu işi tərk etdiyi təqdirdə, dolanışıq vəziyyəti çətinləşəcəksə, zərurət sayıldığı üçün bu halda oruc tutmaya bilər. Odur ki, ağır bir işdə işləməyə məcbur olan şəxs, oruc tutduqda, xəstəliyə tutulacağından qorxarsa oruc tutmaya bilər. Bu şəxslər daha sonra tuta bilmədikləri orucları qəza etməlidirlər.

Necə dua edək ki, Allah qəbul etsin?

Ərhamurrahimin (Rəhman və Rəhmli) olan Rəbbimiz: “Mə­nə dua edin, Mən də sizin dualarınıza cavab verim!” (“Ğafir” surəsi, 60) məallı ayədə ilahi dərgaha yönələn yalvarışları cavabsız qoymayacağını bəyan edir. Amma müəyyən şərtlərə riayət duanın qəbul ehtimalını gücləndirir. Dualarımızın Allahın izzətli dərgahında məqbul olması üçün müəyyən məqamlara diqqət yetirməliyik: Birincisi: hər şeydən əvvəl Allahın böyüklüyü qarşısında kiçikliyimizin, acizliyimizin […]

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.


Şərh yaz