4. 063 dəfə oxunub ,   0 şərh   Çap et

Keçmiş zaman, qədərin ortaya çıxmış halıdır. Yəni qəzadır. Gələcək zaman isə qədərdir. Bizlər keçmişə qədər, gələcəyə də iradə nəzəri ilə baxarıq. Yəni, evlilik gerçəkləşmişsə bu artıq qədərin ortaya çıxmış şəklidir. Demək ki, qədərimizdə varmış buna görə də evlənmişik deyirik. Hələ evlilik baş tutmayıbsa, qədərimizi bilmədiyimizdən ötrü iradəmizi istifadə etməli və bu mövzuda lazımlı səbəbləri yerinə yetirməliyik. Düşünüb daşınaraq, dinimizin əmr etdiyi şəkildə evliliyi reallaşdırmağa çalışarıq. Sonunda yenə də qədərimizdə yazılan ortaya çıxır və unutmamalıyıq ki, həyata keçən bu qədərin formalaşmasında iradəmiz də böyük rol oynayır.

Nəticə etibarı ilə deyə bilərik ki, bir problem ilə üzləşdikdə araştıraraq bütün səbəblərə riayət etməliyik. Ancaq olan olub, keçən keçəndən sonra məsələnin sonunda “qədərim bu idi” deməliyik. Kaşki deyərək qədərə üsyan etməməliyik.

Bir xüsusu da qeyd edək ki, ta işin başında sadəlövhlük etsək və nəticə də bizim istədiyimiz kimi alınmasa məsuliyyəti biz daşıyırıq. Buna görə də, siz də evləncəyiniz bir xanımı axtarmalı, daha sonra onu yaxşıca araşdırmalı və ona görə qərar verməlisiniz. Allah Rəsulunun evlənmək düşüncəsində olan bir kimsəyə etdiyi tövsiyəni xatırlayaq.

“Bir qadınla dörd xislətinə — malı, əsli-nəcabəti, gözəlliyi və dininə görə evlənilir. Sən dindar olanı, yəni gözəl əxlaqlı olanı seç. Xoşbəxt olarsan.”[1]


[1]  İbn Macə, Nikah, 6.



Açar sözləri

ailə evlilik qədər

Bənzər məqalələr

Qədər dəyişməyəcəyinə görə dua etməyin faydası varmı?

Dua ilə bəla-müsibətin ortadan qalxması da İlahi təqdirdir. Bu yönü ilə dua, bəlanın ortadan qalxmasının səbəbi, ilahi rəhmətin cəlb edicisidir. Bu qalxanın insanı oxlardan qorumasına, suyun otları bitirməyə səbəb olmasına bənzəyir. Necə ki, qəza və qədərə inansa da, əsgər yenə silahını daşımalıdır.

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.


Şərh yaz