Mənəviyyata Açılan Pəncərə

93 – əz-Zuha

93 – əz-Zuha
əz-Zuha (Səhər və ya Səhər işığı) surəsi

(Məkkədə nazil olmuşdur, 11 ayədir)

1
And olsun səhərə;
2
And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,
3
(Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.
4
Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!
5
Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!
6
Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!
7
Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!
8
Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!
9
Elə isə yetimə zülm etmə!
10
Dilənçini də (qapıdan) qovma!
11
Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!

Exit mobile version