Mənəviyyata Açılan Pəncərə

İdğam məal qunnə

İdğami-məal-qünnə qünnəli idğam deməkdir. Yəni edilən idğamda həqiqətən qünnə olur. Qünnənin məxrəci burundur. Ona görə də qünnənin olub-olmadığını burnumuza nəzarət edərək anlayırıq. Əgər edilən idğamda burundan səs gəlirsə o qünnəli idğam (məal qünnə), əgər səs gəlmirsə  qünnəsiz idğam (bilə qünnə) olur.

Tənvin və ya sakin “nundan” sonra يمنو hərflərindən biri gələrsə, belə olduğu zaman ortaya çıxan idğama, idğami-məal qünnə deyilir. Bu hərflər tək-tək yazıldığında bunlardır ي  –  م  –  ن  –  و

Fəqət idğami-məal qünnə də öz arasında tam və naqis olmaq üzərə iki qismə ayrılır.

Sənan Quliyev & Laçın Quliyev

Exit mobile version