4. 924 dəfə oxunub ,   0 şərh   Çap et

110 – ən-Nəsr
ən-Nəsr (Kömək) surəsi

(Məkkədə nazil olmuşdur, 3 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 – (Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman;
2 – İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman
3 – Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!






Şərh yaz