- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

1 – əl-Fatihə

1 – əl-Fatihə
əl-Fatihə (Kitabı açan) surəsi
(Məkkədə nazil olmuşdur, 7 ayədir)

1 Mərhəmətli, Rəhmli Allahın adı ilə!
2 Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,
3 (Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olana,
4 Haqq-hesab (qiyamət) gününün sahibinə!
5 Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
6 Bizi doğru (düz) yola yönəlt!
7 Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!