1. 405 dəfə oxunub ,   0 şərh   Çap et

 

إِنَّ اللّٰهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ

Allah ədalətli olmağı, hətta ədalətdən də çox ehsanı (yaxşılıq etməyi).. əmr edir.  {“Nəhl” surəsi, 16/90}

وَأَقْسِطُوا إِنَّ اللّٰهَ يُحِبُّ الْمُقْسِط۪ينَ

Həmişə adil olun, çünki Allah ədalətli davrananları sevər! {“Hucurat” surəsi, 49/9}

 عَنْ عَبْدِ اللّٰهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «إنَّ الْمُقْسِط۪ينَ عِنْدَ اللّٰهِ عَلٰى مَنَابِرَ مِنْ نُورٍ الَّذ۪ينَ يَعْدِلُونَ ف۪ي حُكْمِهِمْ وَأَهْلِيهِمْ وَمَا وُلُّوا»

Abdullah ibn Amr ibn əl-Asın (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Verdiyi hökmlərdə ədaləti əsas götürən, ailə üzvlərinin və məsuliyyətini öhdəsinə götürdüyü insanların hüququna riayət edən adil adamlar Allah qatında nur kürsülər üstündə oturdulacaq. (axirətdə çox yüksək məqam əldə edəcəklər.)”. (Müslim, İmarə 18)

 عَنْ عَوْفِ بْنِ مَالِكٍ  قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ يَقُولُ: «خِيَارُ أَئِمَّتِكُمُ الَّذ۪ينَ تُحِبُّونَهُمْ وَيُحِبُّونَكُمْ وَتُصَلُّونَ عَلَيْهِمْ وَيُصَلُّونَ عَلَيْكُمْ، وَشِرَارُ أَئِمَّتِكُمُ الَّذ۪ينَ تُبْغِضُونَهُمْ وَيُبْغِضُونَكُمْ وَتَلْعَنُونَهُمْ وَيَلْعَنُونَكُمْ» قَالَ: قُلْنَا يَا رَسُولَ اللّٰهِ، أَفَلَا نُنَابِذُهُمْ؟ قَالَ: «لَا، مَا أَقَامُوا ف۪يكُمُ الصَّلَاةَ، لَا، مَا أَقَامُوا ف۪يكُمُ الصَّلَاةَ»

Avf ibn Malik (r.a.) nəql edir:

“Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu eşitdim: “Ən xe­­yir­li idarəçi rəiyyətini qarşılıqlı sevən və qarşılıqlı dua edəndir. Ən pis idarəçilər isə rəiyyətin nifrətlə qarşılayıb lənət oxuduğu in­­sanlardır”. Buna binaən biz soruşduq: “Ey Allahın Rəsulu! Onlara (yəni ikincilərə) itaət etməməklə üsyan edə bilərik?” O da: “Nə qədər ki aranızda namazı iqamə edirlər, xeyr! Nə qədər ki namazı iqamə edirlər, xeyr!!” – buyurdu”. [Müslim, İmarə 65]



Açar sözləri

dövlət başçısı

Bənzər məqalələr

Dövlət başçısı və digər idarəçilərin köməkçilərini yaxşı insanlardan seçməsi

Müttəqilər müstəsna olmaqla, o gün bütün dostlar bir-birinə düşmən kəsiləcək!


Şərh yaz