Aylıq namaz vaxtları
7. 077 dəfə oxunub ,   0 şərh   Çap et

Fərz və vacib oruclardan başqa tutulan oruclara nafilə oruclar deyilir. Nafilə oruclar bütün mübah günlərdə tutula bilər. Ancaq bəzi günlərdə oruc tutmaq daha fəzilətlidir. Həmin günlərdən biri də Ərəfə günüdür.

Həccə getməyənlərin zilhiccə ayının doqquzuncu günü oruc tutması müstəhəbdir. Rəsulullah (s.ə.s.) bu haqda belə buyurmuşdur: “Ərəfə günü tutulan orucun, bundan əvvəlki və sonrakı bir ilin günahlarını örtəcəyi Allahdan umulur.”[1]

Bundan əlavə Zilhiccə ayının ilk doqquz günü oruc tutmaq tövsiyə edilmişdir. Ancaq həcdə olanlara yorğunluq verə biləcəyi üçün onların ərəfə günü oruc tutması məkruhdur. Həzrət Hafsa (r. anha) belə deyir:

Rəsulullah (s.ə.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.[2]


[1]Əhməd İbn Hənbəl, Müsnəd, V, 196, 297, 304, 307, VI, 128.
[2]Nəsai, Siyam, 83; Əhməd İbn Hənbəl, Müsnəd, VI, 287.

 




Bənzər məqalələr

Nafilə oruclar

Fərz və vacib oruclardan başqa tutulan oruclara nafilə oruclar deyilir. Bəzi günlər xaric ilin bütün günlərində nafilə oruc tutmaq olar.

Şəvval orucu

Kim ramazan ayını oruclu keçirər və ardınca şəvval ayının da altı gününü oruc tutarsa, bütün ili oruclu keçirmiş kimi olar.

məscid namaz dua
Bayram namazı necə qılınır?

Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.

Fitrə nədir?

Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


Şərh yaz

*