- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Zəkat nədir?

Zəkat lüğətdə “təmizlik”, “artmaq”, “mədh etmək”, “bərəkət”, “yaxşı və düzgün olmaq” mənalarına gəlir. İstilahi mənası isə Allahın əmrinə uyğun olaraq müəyyən malların müəyyən qədərini bəlli vaxtlarda heç bir mənfəət güdmədən, yəni sırf Allah rizası üçün yenə Onun əmr etdiyi yerlərə vermək deməkdir. Göründüyü kimi, zəkatın həm lüğəvi, həm də istilahi mənaları arasında əlaqə vardır. Çünki zəkat, zəkat verənlərin ruhunun təmizlənməsinə, malının bərəkətlənib çoxalmasına səbəb olur. Zəkat alan da verən haqqında xoş sözlər deyir, ona dua edir. Zəkat cəmiyyətin ictimai təbəqələri arasındakı maddi və mənəvi uçurumları aradan qaldırır. Bu baxımdan gözəl, dürüst və mədəni bir cəmiyyətin meydana gəlməsində zəkat vacib faktor rolunu oynayır.