1. 420 dəfə oxunub ,   0 şərh   Çap et

فَإذَا قُضِيَتِ الصَّلَاةُ فَانْتَشِرُوا فِي الْأَرْضِ وَابْتَغُوا مِنْ فَضْلِ اللّٰهِ

Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! [“Cumuə” surəsi, 62/10]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «لَأَنْ يَحْتَطِبَ أَحَدُكُمْ حُزْمَةً عَلٰى ظَهْرِهِ خَيْرٌ مِنْ أَنْ يَسْأَلَ أَحَدًا فَيُعْطِيَهُ أَوْ يَمْنَعَهُ»

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir: “Kəndiri çiyinə atıb dağdan odun yığmaq, sonra da onu be­lə yük­ləyərək bazara aparıb satmaqla dolanışığı təmin etmək bir­ qa­pıya gedib – istər versin, istər əliboş qaytarsın – bir şey istə­mək­dən daha xeyirlidir”. [Buxari, Zəkat 50, 53; Müslim, Zəkat 106]

 عَنِ الْمِقْدَادِ بْنِ مَعْد۪يكَرِبَ  عَنِ النَّبِيِّ  قَالَ: «مَا أَكَلَ أَحَدٌ طَعَامًا خَيْرًا مِنْ أَنْ يَأْكُلَ مِنْ عَمَلِ يَدِهِ، وَإِنَّ نَبِيَّ اللّٰهِ دَاوُدَ  كَانَ يَأْكُلُ مِنْ عَمَلِ يَدِهِ»

Miqdad ibn Madikəribin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Heç kim əlinin zəhməti və alnının təri ilə qazandığı ruzidən da­ha xeyirli ruzi yeməmişdir. Belə ki, Allahın Peyğəmbəri Həzrəti Da­vud (ə.s.) da öz əlinin zəhməti ilə dolanırdı”. [Buxari, Buyu 15, Ənbiya 37]




Bənzər məqalələr

Yusuf surəsində İffət nümunəsi

Ən gözəl qissə adlanan bu qissə oxuyucusuna, Yusufun, uşaqlıq iffətini, gənclik iffətini və idarəçilik iffətini hekayə edərək, zehnində Yusufla iffəti, iffətlə də Yusuf xarakterizə etdirdi.

Dünya nemətlərindən istifadə

Mömin dünya nemətlərindən istifadə edərkən nələrə diqqət etməlidir? Quranda bildirilən “mutrafin”dən olmamaq üçün nə etmək lazımdır?

Həya nədir?

Həya “abır, ismət, namus, utanmaq” və “çəkinmək” deməkdir. Allah qorxusu və sevgisindən Onun istəmədiyi hal və hərəkətlərdən çəkinməyə həya deyilir. Həya hissi insandakı ədəb və əxlaqın göstəricisidir.

Dil bəlası və iffət

مَنْ يَضْمَنْ لِي مَا بَيْنَ لَحْيَيْهِ وَمَا بَيْنَ رِجْلَيْهِ أَضْمَنْ لَهُ الْجَنَّةَ “Kim mənə dilinə və belinə (övrət yeri) hakim olacağına dair təminat verərsə, mən də onun Cənnətə gedəcəyinə zamin olaram”.[1] Allah Rəsuludur, bir insanın nəyə zamin olub, nəyə ola bilməyəcəyini hər kəsdən yaxşı bilir. Cənnətə zamin olacağını bildirirsə, mütləq olacaq. Belə ki, “qardaşım” deyib […]


Şərh yaz