16. 980 dəfə oxunub ,   1 şərh   Çap et

Yuxu ölümün kiçik qardaşıdır.[1] İnsan bu düşüncə ilə yatmalıdır. Çünki bu, insanın dünya həyatının sonu da ola bilər. Elə isə qəflətlə deyil, dua oxuyaraq yuxuya getmək lazımdır. Buna görə də Sevgili Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm)  yuxudan əvvəl uzun dualar oxuyardı. Bu duaların hamısını oxuya bilməyənlər onu bir neçə hissəyə bölüb hər gecə yuxudan əvvəl ardıcıl oxumağa çalışmalıdır.

Peyğəmbərimizin sünnətinə uyğun olaraq yuxudan əvvəl bunları etmək lazımdır: əvvəlcə dəstəmaz almaq, dəstəmaz varsa, təzələmək şərt de­yil, çünki məqsəd dəstəmazlı yatmaqdır. İkincisi, sağ tərəf  üstə yatmaq. Çünki Allah Rəsulu (sallallahu əleyhi və səlləm) hər işə sağdan başlamağı sevərdi.

Üçüncüsü, Allaha dua etmək. Müsəlmanın son işi dua olmalıdır. Bu üç sünnət müsəlmanın yuxusunu da ibadətə çe­virər.

Peyğəmbərimizin bu sünnətlərini yerinə yetirib yuxuya ge­dən insan həmin gecə ölərsə, fitrət üzrə, yəni müsəlman olaraq ölər, səhərə sağ çıxarsa, xeyrə çatar və bu sünnətlərin savabını qazanar.[2]

Allah Rəsulu yatmazdan əvvəl bu duaları oxuyardı: “Bə­qə­rə” surəsinin ilk 5 ayəsini, “Ayətül-kürsi”ni (yəni “Bəqərə” surəsinin 255-ci ayəsini), “Bəqərə” surəsinin “Əmənərrasulu” adlanan son iki­ ayəsini (285-286 ayələr arasını), “Yasin”, “Səcdə”, “Mülk” surələrini. Sonra üç dəfə “İxlas” və Muavvizəteyn (“Fələq” və “Nas”) və bir dəfə “Kafirun” surəsini oxuyar, əllərini birləşdirib ovcuna üfürər və bədəninin hər tərəfinə çəkərdi.[3]


[1] Əbu Nuaym, Hilyə, 7/90

[2]Bax: Buxari, Vudu 75, Dəavat 6; Müslim, Zikr 56-58, həmçinin bax: Əbu Davud, Ədəb 98

[3]Buxari, Fədailul-Quran 14, Tibb, 41, Dəavat 12; Muvatta, Ayn 10; Əbu Davud, Tibb 19.




1 şərh yazılıb
  1. Elşən , 25/07/2014 tarixində, saat 23:07

    cox maraqlıdır Allah razı olsun bilidiriş və izzah ücün!

Şərh yaz