Aylıq namaz vaxtları
728 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Səfərə çıxan şəxslər, tuta bilmədikləri oruclarını qəza etmək məcburiyyətindədirlərmi?

İslam, insanlara öhdəsindən gələ bilməyəcəkləri heç bir mükəlləfiyyətlər yükləməz. Bütün əmrlər insanların gücləri nisbətindədir. Səfərilik halı isə, məşəqqət və çətinliklərin olduğu bir vəziyyətdir. Belə bir vəziyyətdəki müsəlman səfərin verəcəyi məşəqqət qarşısında oruc tutmaqda çətinliklərlə qarşılaşa bilər. Bu səbəblədir ki, Cənabı Haqq, Bəqərə surəsinin 184-cü ayəsində bu vəziyyətdəki inanmış şəxslərə orucun tutulmamasına dair icazə vermişdir. Səfərdə ikən oruc tutmayanlar daha sonra bu orucu qəza edərlər. Ancaq diləyən şəxslər, səfərilik anlarında da bu orucu tuta bilərlər.




Şərh yaz

*