1. 904 dəfə oxunub ,   0 şərh   Çap et

İlk yaradılışla bağlı dünyanın balıq uzərində olması və zəlzələlərin bununla əlaqələndirilərək izah edilməsi ilə bağlı rəvayətlər necə izah edilə bilər?

Bu məsələ “Qələm” surəsinin başında gələn “Nun” hərfinin təfsirində təfsirçilər tərəfindən izah edilmişdir.

Elmalılı Həmdi Yazırın təfsirində belə bir izah var: “Bəziləri demişlər ki, “Nun” böyük bir balıqdır və yer kürəsi onun üzərindədir. O, “Yəlmut” da adlandırılır. İbni Cərir İbni Abbasdan bu bölmədə belə rəvayət edir:

1. Allah-Təalanın ilk yaratdığı şey qələmdir. O, yaradılınca, bütün olacaq olanlar cərəyan etdi, sonra buxar

yüksəldildi, ondan səmalar yaradıldı. Yer o “Nun” üzərinə döşəndi, sonra yer kürəsi hərəkət etdi, arxasınca, iztirabla çalxalandı, ona görə də dağlarla bərkidildi, məhz bu səbəbdən dağlar yer kürəsinə qarşı fəxr edirlər, öyünürlər.”

2. Rəbbimin ilk yaratdığı şey qələmdir. Ona yaz dedi, o da qiyamətə qədər nə olacaqsa yazdı. Sonra suyun üstündə “Nun”u yaratdı, sonra da üstünü yer qabığı ilə örtdü.

Göründüyü kimi, bu rəvayətlərdə ancaq “Nun” adı işlədilmiş, hut deyilməmişdir. Fəqət Mucahidin rəvayə tində bu, yer səthinin üstündə olan hut (balıq) adlandırıldığından balıq deyə məşhur olmuşdur.

Bu bizim bildiyimiz balıq olmadığı halda, bir çox yanlış anlayışlar meydana gəlmişdir. Lakin diqqətlə oxuyanda belə bir nəticəyə gəlirik ki, ilk dəfə “Qələmi-Əla” (ən böyük, ali qələm) deyilən və Allahın əzəli təqdiri ilə, qiyamətə qədər cərəyan edəcək şeylərin layihəsini yazan ruhani bir əsil (başlanğıc), bir qüvvət yaradılmışdır. Sonra maddə yaradılmışdır, buna cövhər də deyilmişdir. Sonra bir su buxarı kimi qaz halındakı maddədən göy cisimləri yaradılmış, sonra bunlardan maye halında yer kürəsinin maddəsi ayrıl- mışdır ki, fəza dediyimiz səma dəryasında üzən bu maddəyə, yuvarlaq olduğunu ifadə etmək üçün “Nun” və ya “Hut” adı verilmişdir. Dünya belə, ilk dəfə səma maddəsindən ayrılaraq yaradılmışdır. Buxarlarla əhatə edilmiş maye halda havada, boşluqda üzməkdə olan yuvarlaq “Nun” maddəsinin üzərində sonralar yerin qabığı adlandırdığımız torpaq təbəqəsi yaradılmağa başlanmış və bu tərəfdən o “Nun” maddəsinin üzərinə bir qabıq halında yayılıb döşənmiş və bu yolla yer kürəsi meydana gəlmişdir .

Fəqət hər tərəfdən bu şəkildə əhatə olunan o “Nun” əvvəlki kimi nəfəs ala bilməyərək, nəfəsi tutulmuş balıq kimi iztirab içində vurnuxmağa başladığından, zəlzələlər meydana gəlməyə və buna görə də yer səthi çalxalanıb yarılaraq vulkanlar püskürməyə başlamış, bu səbəbdən də yer səthi ətrafına saçılan dalğaları basdırıla-basdırıla yaradılmış və dağlar bu şəkildə oturduqca, yer səthi tədricən qatılaşaraq, sərtləşərək sabitləşmiş və üzərində durula biləcək bir vəziyyətə gəlmişdir. “Quran”da dağlara “yerin mismarları” deyil məsi də, bu mənada təfsir (izah) edilmişdir. Beləliklə, dağların yer səthində formalaşmasının, həyat üçün çox böyük faydaları olmuş və buna görədir ki, onların yer kürəsində fəxrlə yuxarıdan baxmağa haqları var. Əlbəttə ki, bununla da zəlzələlər, torpaq çökmələri və vulkan hadisələri sona çatmadı. Hələ də bəzi yerlərdə zəlzələlər davam edir, nəticədə dağlar yerlə-yeksan olur, yıxılaraq yerin altında yeni dağlar, yeni təpələr yaranır. Fəqət bunlar əvvəlki dövrlərlə müqayisədə çox az olduğundan, ümumiyyətlə, yer üzərində həyatın davam etməsinə mane deyildir. Deməli, hələ də baş verən zəlzələlər, torpaq çökmələri, vulkanlar belə, məhz yer səthinin altındakı o “Nun”un Allahın əmri ilə tərpənməsindən meydana gəlməkdədir.

Həm də yarılan yerlər, püskürən vulkanlar, yenidən meydana gələn çüxurlar, təpələr hamısı o, “Qələmi-Əla” (Ali Qələm) nın çəkdiyi xətlər, yazdığı yazılardır. Bunu da etiraf etmək lazımdır ki, indiki dövrdə yerin təşəkkülü və dağların formalaşması və zəlzələlərin meydana gəlməsi haqqında geoloji biliklərdən əldə edəcəyimiz qənaətlərin xülasəsi də bu rəvayətlərin ifadəsindən ibarətdir, onlardan fərqli deyildir.

Buna baxmayaraq, insanların çoxu “Yerin altında balıqmı olar?”, “Onun tərpənməsi ilə hərəkət necə əmələ gələ bilər?”, -deyə, gülərlər. Bəziləri də “Yerin altındakı qazların sıxılmasından, hərəkətindən, yerin üstündə zəlzələ olarmı?” -deyə buna şübhə edərlər. Hər iki tərəf də bir-birinin dediyini düşünüb anlamayaraq, digərini “cahil” və ya “kafir” adlandırırlar. Halbuki iki tərəf də bunun Allahın əmri ilə olduğunu unudaraq, cahillik edirlər.

Qiyamətlə əlaqəli “əz-Zilzal” surəsində: “Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman; Yer öz yükünü çıxardıb atacağı zaman; İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman – Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir – Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)! O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfdə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar). Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)” buyrulur. Buna gorə zəlzələnin də Allahın əmri ilə, Ondan (c.c.) gələn bir ilhamla baş verdiyi ifadə edilmiş olur. Halbuki inanmayanlar zəlzələni tamamilə maddi səbəblərlə izah etməyə çalışırlar. Necə isbat etmək olar?

Dünya hər il minlərlə köynək geyib dəyişdirməkdədir. Çünki irili-xırdalı, təqribən iki milyon növ canlının varlığından bəhs edilir. Hər canlı növünü bir sap qəbul etsək, gözümüzün-önündə bunlardan hörülüb dünyaya geydirilmiş canlı, naxışlı və gözəl bir paltar canlanar. Lalələr, sünbüllər, inəklər, milçəklər hər biri bir növ sap… Sadəcə incə bir ip sayacağımız milçək tayfasından bir milçəyin yüzlərcə orqanlarından tək birinə, məsələn, qanadına baxılsa, təsadüfən, öz-özünə meydana gəlmədiyi başa düşülər. Çünki təyyarələrin qanadları ona nisbətən çox geridə qalır. Məhz onun qanadının bir əzm, iradə və hikmətlə meydana gəlməsi, özbaşına buraxılmaması, ona laqeyd qalınmaması göstərir ki, çoxsaylı canlı və şüurlu varlıqların beşiyi, anası, qaynağı və himayəçisi olan dünyanın hal və hərəkətləri, ümumiyyətlə, heç bir şey Allahın iradəsinin xaricində ola bilməz. Dünyaya geydirilən köynəyin bir ipi sayılan insan boyda bir canlıda 60 trilyon hüceyrə, hər hüceyrədə bir milyon protein, hər proteində səkkiz min amin turşusu qarışığı var. Sadə qarışıq olan bir dərman belə təsadüfən meydana gələ bilmədiyi halda, bir canlı “mexanizm” olan insan bədəni təsadüfən meydana gələ bilərmi?

Allahın sonsuz elm və qüdrəti ilə (belə demək mümkündürsə) hər şeylə bilavasitə əlaqədar olduğu su kimi aydın ikən, zəlzələlər kimi çox mühüm hadisələr Allahın icazəsinin və qüdrətinin xaricində baş verə bilərmi? Bu mümkün deyil.

Lakin bu dünya imtahan dünyası olduğu üçün Allah -Təala hər şeyi səbəblər pərdəsinin arxasından hikmətlə icra edir. Yerin mərkəzinə doğru hər 33 metr dərinlikdə, temperatur bir dərəcə artır. Buna görə də yerin muxtəlif təbəqələrində ərimiş halda çoxsaylı mədənlər var. Bunlar arasında baş verən bir reaksiyanı yaradıb hökmünü, hikmətini icra edər.

Məsələn, bir nəfər silahla bir başqasını öldürsə, tətiyi çəkən adama yox, güllə açılan nöqtəyə baxıb, ölümə təkcə bu nöqtənin səbəb olduğunu qəbul etmək ölən adamın bütün hüquqlarını tapdalamaq demək olardı. Həmçinin bu mulahizənin nə qədər məntiqsiz olduğunu hər kəs qəbul edər. Eyni ilə bunun kimi Cənabi-Haqq bir bomba partladırmış kimi, zəlzələ ilə günahkarları və qafilləri oyandırır. Ölən məsumlar günahsızlar şəhid olur, tələf olan mallar sahibləri üçün sədəqə hökmünə keçir. Günahkarların günahlarına kəffarə (günahlarının bağışlanmasına səbəb) olur. Yoxsa Allahın əmri və hikməti unudularaq, tətiyi çəkəni buraxıb, nəticəyə yalnız patron və barıt kimi sırf maddi əşyaların gətirdiyi müsibət kimi qiymət verilərsə, insanlar qəflətdən ayılmaq üçün ibrət almazlar, həm də ölənlərin və tələf olan şeylərin boş-boşuna getdiyini zənn edib bədbinliyə və ümüdsizliyə düşərlər.

“Şüphələr və Çıxış Yolları” adlı kitabdan alımışdır




Şərh yaz