- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Yenidən diriləndə hər şey həşr meydanına necə sığacaq?

Məhşər günündə Həzrəti Adəmdən bu yana qiyamətə qədər yaşayan bütün insanlar dirildiləcəyinə görə, hətta buynuzsuz qoyun haqsızlıq edən buynuzlu qoyundan haqqını almaq üçün o meydana gətiriləcəyinə gorə, bu qədər canlı haraya sığacaq, yerləşəcək?

Cənabi-Haqq hər şeydə çox hikmətlər dərc etdiyinə (bir çəyirdəyə ağac qədər məqsədlər, qayələr verdiyinə görə dilə, nəfəs almağa, çox vəzifələr yüklədiyinə) görə, dünyanın hərəkətlərinə də çox hikmətlər yükləmişdir. Yəni dünya dönməsi ilə günləri, mövsümləri, illəri meydana gətirdiyi, üzərindəkiləri geniş bir sahədə səyahət etdirdiyi kimi, eyni zamanda çox geniş məhşər meydanının da planını çəkməkdədir. Dünyanın Günəş ətrafında döndüyü o böyük sahə bütün insanları və heyvanları əhatə edəcək qədər genişdir. Rəvayətlərə görə, Şam bölgəsi bir çəyirdək kimi mərkəz olacaq, o böyük dairə doldurulub düzəldiləcək, böyük məhkəməyə hazırlanacaqdır.