Aylıq namaz vaxtları
1. 580 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Uşaqlar üçün üzərində spider-man, ben-ten və barbie, wiks rəsimləri olan paltar, yataq örtüsü, dəftər, çanta  və s. almaq uyğundurmu? Mənəvi dəyərlərimizə zidd gördüyümüz üçün biz almaq istəmirik, ancaq evdə bu məsələyi problem halına gətirirlər. Qohumların evinə gedincə orda görür və müqayisə aparırlar. “Üzərində rəsim olan evə mələklər gəlməz”, deyirlər. Belə bir vəziyyətdən çıxmaq üçün nə tövsiyyə edirsiniz?

Bəhs edilən şəkillərin olduğu əşyaları almaq uyğun deyildir. İlk növbədə uşaqlarımıza şəkillərin, surətlərin olduğu evə mələklərin gəlməyəcəyini açıqlayın. Hələ spider-man kimi xarakterlərin uydurma olduğunu, real həyatda belə bir şeyin olmadığını izah edin. Bu saxta “qəhramanlarla” uşaqları gözünü boyayaraq, bəzi insanların pul qazanmaq üçün istifadə etdiyini başa salın. Uşağa acıqlanaraq, “xeyir, almayacağam” deməyin. Böyük bir adam kimi qəbul edərək, ona məntiqli bir cavab versəniz və zərərlərini anlatsanız o da qəbul edəcəkdir .. Uşaqların xəyal dünyasını bu cür, bizim milli mənəvi dəyərlərimizə zidd saxta xarakterlərlə kirlətməyin. Onun yerinə gerçək qəhrəmanlarımızdan danışın. Peyğəmbərimizin (s.ə.s.) əxlaqından, Həzrət Alinin şücaətindən, Xalid bin Vəlidin sərkərdəliyindən, Nizami Gəncəvidən, tarixə öz möhrünü qoymuş İslam elm xadimlərimizdən, milli qəhramanlarımızdan bəhs edən hekayələr danışın, bu mövzuda yazılmış kitaplar alın ki, uşaqlar oxusunlar.  Uşaqlar da qəhrəmanlıq hissləriylə coşar, onlara qeyri-adi gələn hadisələrin təsirində qalaraq ruhlanar, böyüyəndə də o xarakterlər kimi olamağa istəyərlər. Nəticə etibariylə deyə bilərik ki, kiçik yaşlardan etibarən uzaqların xəyal dünyasının kirlənməsinə imkan verməyin. Çanta, dəftər, paltar alarkən uyğun olmayan xarakterlərin əksi olan əşyaları almayın.



Açar sözləri

barbie batman spider man

Şərh yaz