Aylıq namaz vaxtları
3. 418 dəfə oxunub ,   0 şərh   Çap et

 Üç aylarda oruc tutmağın hökmü nədir?

İslamda müəyyən vaxta bağlı oruc, yalnız Ramazan orucudur. Quran və Sünnədə Ramazan orucu xaricində “üç aylar” orucu adlı oruc yoxdur. Müsəlman Rəcəb və Şaban aylarında istədiyi qədər oruc tuta bilər. Ancaq bu ayları tamamilə oruclu keçirmək məcburiyyətində deyil. Yəni mənbələrdə üç aylarda oruc tutmağın vacibliyinə dair məlumat yoxdur. Həzrət Aişə bildirir ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Ramazandan başqa heç bir ayı tamamilə oruclu keçirməmişdir. Onun Ramazandan sonra ən çox oruc tutduğu ay Şaban ayı idi.

Bəzi insanlar üç aylarda 7 il oruc tutur, sonra da qurban kəsirlər. Halbuki, bu cür ibadət yoxdur və bidətdir. İnsanlar bu cür şeylərlə savab qazanacağını düşündüyü halda günaha girə bilərlər. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) qıldığı namaz da, tutduğu oruc da insan fitrətinə uyğundur. O (s.a.s.), insanlara çətinlik çəkməyəcəyi şəkildə ibadət etməyi öyrətmişdir. Hətta daha çox ibadət etmək istəyənlərə belə buyurmuşdur: “Sizin Allaha qarşı ən müttəqi olanınız mənəm. Mən bəzən namaz qılır bəzən yatıram, bəzən oruc tutur, bəzən iftar edirəm.” Çünki O, tarazlığı qoruyurdu. Özü bəzən ard-arda iftar etmədən oruc tutardı, eyni şeyi səhabələr etmək istədikdə buna mane olar və özünün Allah tərəfindən yedirilib-içirildiyini bildirərdi. Biz də Onun göstərdiyi şəkildə ibadət etməliyik.

Rəsulullah daha çox oruc tutmaq istəyənlərə günaşırı olaraq tutulan Həzrət Davud orucu tutmağı tövsiyə etmişdir. Xülasə, istəyənlər üç aylarda oruc tuta bilərlər. Ancaq bunu fərz orucla qarışdırmamaq lazımdır. Bu aylarda oruc tutmağı məcburi edən hökm yoxdur.




Bənzər məqalələr

Ramazanda necə qidalanmalı?

Nəzərə almaq lazımdır ki, bu ilki oruc yay vaxtına düşdüyündən günlər uzun hava isə istidir. Buna görə də mütləq sahura qalxmaq lazımdır. Sahurda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmalı, kəpəkli çörək yeyilməlidir. Çünki kəpəkli çörək ağ çörəkdən dörd dəfə gec sorulur. Bu uzun zaman ac qalmaq üçün faydalıdır.

Siqaret və qəlyan orucu pozur?

Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.

Rəyyan qapısı nədir?

Cənnətdə “Rəyyan” adlı qapı var. Qiyamət günü həmin qapıdan ancaq oruclular daxil olacaq, onlardan savayı heç kim girməyəcək.

Nəfsin cilovu – oruc

Başqa canlılardan fərqli olaraq, insanların duyğularına məhdudiyyət qoyulmamışdır, yaxşılıq və pisliklərin sərhədi yoxdur. Çünki bu dünya insanlar üçün imtahan dünyasıdır.

Oruc və günahlardan təmizlənmə

Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.


Şərh yaz

*