- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Tövbə və istiğfar haqqında

 

Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurur: “Allaha and olsun, mən gündə yetmiş dəfədən çox Allaha istiğfar və tövbə edirəm”.[1]

Həmçinin Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə buyurur: “Ey insanlar! Allaha tövbə edin. Mən Ona gündə yüz dəfə tövbə edirəm”.[2]

Seyyidul-İstiğfar–İstiğfar dualarının sultanı

اَللَّهُمَّ اَنْتَ رَبِّى لَا اِلَهَ اِلاَّ اَنْتَ خَلَقْتَنِى وَاَنَا عَبْدُكَ, وَاَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ, وَاَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ, اَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَىَّ, وَاَبُوءُ بِذَنْبِى فَاغْفِرْ لِى فِانَّهُ لاَ يَغْفِرُ الذُّنُو بَ اِلاَّ اَنْتَ

 “Allahım! Sən mənim Rəbbimsən, Səndən başqa ilah yoxdur. Məni Sən yaratdın. Mən Sənin bəndənəm. Gücüm çatana qədər Sənə verdiyim söz və vədimdən dönmərəm, etdiyim pis əməllərdən də Sənə sığınıram. Mənə verdiyin nemətlərini etiraf və günahlarımı iqrar edirəm. Məni bağışla, çünki günahları ancaq Sən bağışlayarsan”.[3]



[1]. Buhari, Daavat 3

[2]. Müslim, Zikir 42

[3]. Kim bu duanı axşam çağı səmimi qəlbdən oxusa və həmin gecə vəfat etsə, cənnətə gedər. Sübh çağı da oxusa, Cənnətə gedər. Buhari, Daavat 17; Tirmizi, Daavat, 15