1. 919 dəfə oxunub ,   0 şərh   Çap et

Alış-verişdə çox and içməkdən çəkinin! Çünki and içmək malın satışını sürətləndirsə də, nəticə etibarilə bərəkəti aradan qaldırır”.[1]

And həmsöhbətimizi (müştəriyə) bir şeyə inandırmaq və qəbul etdirmək, bir şeyi etmək və ya etməmək üçün özümüzü və ya başqasını həvəsləndirib hərəkətə gətirmək üçün müəyyən qəliblərdə dilə gətirilən sözlərə deyilir. Anddan məhkəmə və ticari əlaqələrdə tərəfdaşları, alıcıları inandırmaq üçün istifadə edilə bilər. Buna görə də ehtiyac olanda ifrata varmamaq şərti ilə Allahın adına and içməyə müsbət baxılmış, hətta tövsiyə edilmişdir. Allah-Təala da Quranda insanlar ilahi bəyanı diqqətlə dinləyib ibrət alsınlar  deyə andlara yer vermişdir.

Müəyyən hallarda and içməyə icazə verilsə də, dünyəvi, bəsit mənfəətlər naminə and içməməli, şəxsi mənfəətlərimizə Allahın adını qarışdırmamalıyıq. Çünki hədisdə ifadə edildiyi kimi, çox and içmək alış-verişin bərəkətini yox edir və insanın etibarına xələl gətirir. Allah Rəsulu başqa bir hədisində “And içmək malın alıcı tapmasına və müştərilərin maraq göstərməsinə kömək etsə də, qazancın bərəkətini aradan qaldırır”[2] – deyir.

Yenə Rəsulullah (sallallahu aleyhi və səlləm) bəyan edir ki, Allah üçün ən sevimli və ən gözəl yerlər adı anılan məscidlər, ən şərli məkanlar isə Onun adına yalan yerə çoxlu and içilən bazar və dükanlardır.[3]

Bu xəbərdarlıqlar alış-veriş əsnasında iş adamlarının və ticarətçilərin malını satmaq və ya malının daha keyfiyyətli olduğunu sübut etmək üçün çoxlu and içməsinin yaxşı bir şey olmadığını göstərir. Çünki doğru belə olsa, alış-verişdə and içmək məkruhdur.

Doğru da olsa, alış-verişdə and içilməsini qəbul etməyən dinimiz yalan yerə and içməyi isə Allaha ortaq qoşmaq, ana, ataya üsyan etmək, haqsız yerə adam öldürmək kimi böyük günahlar arasında qeyd edir. Yalan yerə and içmək təkcə ticari sahədə deyil, həyatın hər bir sahəsində çirkin bir davranış sayılır. Quran and içmə alışqanlığının münafiqlərə aid bir “xəstəlik” olduğunu və çox and içənlərlə riyakarlıq və münafiqlik arasında əlaqə  olduğunu xəbər verir.[4] Allah kiçik mənfəət üçün Onun adından istifadə edənlərin və and içərək insanları aldadanların axirətdə üzünə baxmayacaqdır. Peyğəmbərimiz bu həqiqəti bizlərə xatırlatmış və bu cümləni üç dəfə təkrar etmişdi: “Üç zümrə vardır ki, qiyamət günü Allah onlarla danışmaz, onların üzünə baxmaz və onları təmizə çıxarmaz. Həm də onları dəhşətli əzab gözləyir”. Hədisi rəvayət edən Əbu Zərr (radiyallahu anh) dəhşətli məhrumiyyət və zillətə düçar olan bu şəxslərin kimlər olduğunu soruşmuş, Allah Rəsulu da belə buyurmuşdu:“Paltarlarını yerlərdə təkəbbürlə sürüyən, etdiyi yaxşılığı başa qaxan və yalan yerə and içərək malını yaxşı qiymətə satmağa çalışanlar”.[5]

Fani dünya malı üçün Allahın adından istifadə edib insanları aldatmaq “özünü aldatmaq”dan başqa bir şey deyildir. Çünki ticari işlərində diqqətsizlik və laqeydlik üzündən and içməyə adət edən şəxs qısa vaxtda çox şey qazanmış kimi görünsə də, ümumiyyətlə həm alış-verişin bərəkətindən, həm də Allahın mərhəmət və sevgisindən məhrum olur. İnsan üçün ən böyük məhrumiyyət ən böyük yoxsulluq və zillət Allahın mərhəmətindən məhrum olmaqdır. İnsan bir dünya malını itirməklə müvəqqəti çətinlik çəkə bilər, ancaq Allahın mərhəmətindən məhrum olmaq əbədi cənnəti itirmək, ilahi əzaba düçar olmaq deməkdir ki, onu da heç nə ilə geri qaytarmaq olmaz. Çünki Peyğəmbərimiz buyurduğu kimi, bir müsəlmanın malını əlindən almaq üçün yalan yerə and içmək Allah-Təalanın hüzuruna ilahi qəzəbə tuş gələrək çıxmağa səbəb olur.[6] Uca Allah yalan yerə and içənlərə xəbərdarlıq  edir:

Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günü onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!”[7]

Bu yerdə istehsal olunan malın və ya xidmətin istehlakçıya təqdim edilməsi, yəni satışı ilə əlaqədar İslamın prinsiplərini qeyd etmək faydalı olar:

a. Reklamlar ümumi əxlaqa uyğun, doğru və düzgün olmalıdır.

b. Hər bir reklam iqtisadi və sosial məsuliyyət şüuru ilə hazırlanmalı, iş həyatında və xalq arasında qəbul olunmuş rəqabət prinsiplərinə uyğun olmalıdır.

c. Reklamlar insanın qürur və şəxsiyyətinə xələl gətirməməlidir.

ç. Reklamlar toplumun mərhəmət hissini istismar etməməlidir.

d. Reklamlar yarımçıq məlumat verərək istehlakçını birbaşa və ya dolayı yolla yanıldan  ifadə və ya görüntülər ehtiva etməməlidir.

Nəhayət, Peyğəmbərimiz ticarətçiyə səslənir: “Şeytan və günah (yalan) and və (boş) söz özünü alış-veriş yerinə yetirir. Alış-verişinizi sədəqə ilə qarışdırın!”[8]

Bu tövsiyəyə əməl edərək mallarımızı yalan danışmaq və həddən artıq and içməklə  satmaqdan çəkinməli, yerli-yersiz and içməməliyik. “Nə qədər diqqətli olsam da, bilmədən xəta edə bilərəm” düşüncəsi ilə sədəqə verib xətalarımızı təmizləməyə, Rəbbin rizasını qazanmağa çalışmalıyıq. Qul haqqının daha çox tapdalandığı yerlərdən biri də dükan-bazarlardır. Ona görə də ticari işlərimizdə nəfsə aldanıb büdrəməmək və axirətə tərtəmiz getmək üçün möhtəkirlik və digər çirkin əməllərdən çəkinməli, addımlarımızı diqqətlə atmalı və günahda batmaqdan qorxmalıyıq.

[1] Müslim, Müsaqat, 132.

[2] Buxari, Büyu 26; Müslim, Müsaqat, 131.

[3] Müslim, Məsacid, 288; İbn Hibban , Sahib, IV, 477; Beyhaqi, Sünəni-kübra, III, 65.

[4] bax: Tövbə surəsi, 9/42, 62.

[5] Müslim, İman, 171. 

[6] Buxari, İman 11, 17; Müslim, İman 220, 222.

[7] “Ali-İmran” surəsi, 3/77.  

[8] Əbu Davud, Büyu,1; Nəsayi, İman, 22, 23, Büyu, 4; Tirmizi, 4; İbn Macə, Ticarət, 3.



Açar sözləri

and ticarət

Bənzər məqalələr

İslamda halal qazancın etik prinsipləri

Halal gəlirin ölçüsü könül məmnuniyyətdir. Qurana görə ticarətin məqbul olması qarşılıqlı riza bağlıdır.

Ticarətdə kar həddi

İslamda alış-verişdə hər hansı kar məhdudiyyəti (həddi) qoyulmamışdır. Yəni Quran və Sünnədə və səhabələrin tətbiqatında buna rast gəlinmir. Ticarətdə hər hansı kar (qazanc) məhdudiyyətinin gətirilməməsi, ticarət həyatının daha canlı olması nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Əgər ticarətdə hər hansı kar həddi qoyulmuş olasaydı bir çox çətinliklər ortaya çıxardı.

Ticarət həyatında dua

“Kim bazara girəndə “Allahdan başqa ilah yoxdur. O, birdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Dirildir və öldürür. O, Hayydır, ölməz. Xeyir Onun əlindədir. Onun gücü hər şeyə yetər” deyərsə, Allah ona minlərlə savab yazar, onun minlərlə günahını əfv edər və onu minlərlə dərəcə yüksəldər”.

Müştəriyə fürsət vermək

Kim bir müsəlmanın alış-veriş sövdələşməsini ləğv etmək istəyini qəbul edərsə, Allah da onun günah və xətalarını bağışlayar”.

Bilərək yalan yerə and içmək

Sual: Bilərək etmədiyi bir şeyi etdim deyə and içən şəxs nə etməlidir?


Şərh yaz