- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Tərkibində spirt olan dərman

Sual: Tərkibində spirt olan dərman içməyin hökmü nədir?

Cavab: Rəsulullah (s.ə.s) bir hədisində buyurur, “Çoxu haram olan şeyin azı da haramdır. Allah haram buyurduğu şeylərdə şəfa yaratmamışdır.”[1] İçkini nəzərdə tutaraq: “O dəva deyil, dərddir.”[2] ˗ buyurmuşdur. Spirtli içki içmək haramdır. Əgər müalicə üçün başqa dərman yoxdursa, ancaq tərkibində spirt olan dərmanı içmək kimi zərurət varsa içərisində az miqdarda spirt olan sirop və ya başqa dəmranları içmək olar. Çünki, burada məqsəd spirtli içki yox, sağalmaq üçün dərman içməkdir. Spirt yeməyə və ya suya qatılaraq içildiyi təqdirdə isə, bu haramdır.

Tibbi spirtdən antiseptik vasitə kimi istifadə edilə bilər.


[1] Əbu Davud, Tibb,11
[2] Müslim, Əşribə, 2