- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Televiziya proqramlarından qazanılan pul halaldırmı?

CAVAB: televiziya proqramlarında təşkil edilən yarış proqramlarının hamısından qazanılan mükafatların halal yoxsa  haram olduğu haqda ümumi bir hökm vermək doğru deyildir. Şans və qumar xarakterli olmayıb, insan haqlarına hörmətlə yanaşan, yarışa qatılanların arasında obyektiv və adil seçim edilərək müəyyən bir məlumat və bacarığın yoxlandığı yarış proqramlarından qazanılan mükafatın alınması caizdir, halaldır.

Bu cür yarışlarda əgər iştirakçılar qatılmaq üçün müəyyən bir vəsait ödəməyə məcbur tutulursa bu cür yarışmalar qumar xarakterli olub, halal deyil.