- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Təkamül nəzəriyyəsi nəyi iddia edir?

Sual:Təkamülün əsas iddiaları nədir ?

Təkamül fərziyyəsi təkcə xalq arasında geniş yayılan “İnsan meymundan əmələ gəlmişdir” iddiasından ibarət deyildir. Təkamül məsələsində əsas səs küy “İnsanla meymun ümumi əcdaddan divergensiya yolu ilə ayrılmışdır” kimi təkamül anlayışından qopsa da, bu iddia onun sadəcə bir hissəsidir. Buna görə bəzi insanlar “Allah istəsə, insanı da meymunu da ortaq əcdaddan yarada bilər və ya Allah istəsə, insanı mey­muna bənzər bir canlıdan törədə bilər” kimi düşüncələrə qapılırlar. Halbuki təkamül fərziyyəsinin əsasında yalnız insanın deyil, bütün kainatın, canlı-cansız hər şeyin təsadüfən, bir Yaradana ehtiyac duymadan, öz-özünə təkmilləşməsi fikri və düşüncəsi dayanır. İnsan-meymun müqayisəsi xalq arasında məsələnin aktuallıq səviyyəsinə endirilmiş formasıdır. Əlbəttə ki, Allah istədiyi kimi yarada, istədiyi canlını istədiyi formaya sala bilər. Ancaq təkamül ortaya qoymağa və insanlara mənimsətməyə çalışdığı mexanizmlərlə (izolyasiya (təcrid olunma), mutasiya, adaptasiya və təbii seçmə) iddia edir ki, tamamilə kor, şüursuz və ağılsız qüvvələr olan tə­biət qanunları – təsadüfən bir araya gələn səbəblər bütün varlıq alə­mi­ni meydana gə­tirmişdir.

“Təkamül” fərziyyəsinə görə, kainatın ilk yaradılış anından etibarən (bu gün qəbul edilmiş məfhumla “Biq-Bənq”dən) “Böyük Partlayış”la birlikdə başlayan təsadüflər zənciri ardıcıl olaraq bütün qalaktika sistemlərini, ulduz topalarını, milyardlarla ulduzu, Süd yolu qalaktikasını, Günəş sistemini, Yeri, yer üzündə ən əlverişli həyat şəraitini və bütün canlıları yaratmışdır. Və təkamül fərziyyəsi iddia edir ki, bütün bu yaranışlar bir elm, iradə, güc, məqsəd və qayə olmadan öz-özünə ortaya çıxmış, başqa sözlə, onların bir Yaradana ehtiyacı yoxdur. Təkamül bu mahiyyəti ilə sözün əsl mənasında ateizmin bir aləti kimi fəaliyyət göstərir.

 Prof. Dr. Arif Sarsılmaz, “110 sualda yaradılış və təkamül”