- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Təhqiqi iman insana nə qazandırır?

İnsan çox zəif və aciz varlıqdır. Özünün başına gələn və ya yan-yörəsindəki insanların düçar olduğu müsibətlər qarşısında çox vaxt aciz qalır. Bu müsibətlər imansız və ya imanı zəif olan kəslərə həddən artıq pis təsir edir.

Təhqiqi imana sahib bir mömin isə hər şeydə ilahi rəhmətin izini, əlamətini görər. Hər şeydə Onun hikmətini, ədalətinin gözəlliyini müşahidə edər və Rəbbindən gələn müsibətləri tam təslimiyyətlə, razılıqla qarşılayar. Həyatın çətinliklərinə sinə gərməyi bacarar. Bu cür insanlar müxtəlif müsibətlərə məruz qalanlara Allahın mərhəmətindən daha çox şəfqət göstərməzlər ki, əzab-əziyyət çəksinlər. Beləcə təkcə axirət həyatında deyil, dünya həyatında da səadət taparlar.

Eyni zamanda, təhqiqi iman insanın nəfsin və şeytanın vəsvəsələrinə qapılmadan qəbrə imanla köçməsinə vəsilə olur ki, bu da onun ən böyük faydasıdır. İnsan bu şəkildə, yəni təhqiqi imana yiyələnməklə həm dünya, həm də axirət səadətini əldə edir.