7. 855 dəfə oxunub ,   0 şərh   Çap et

Avtobusla səfərə çıxarkən namaz necə qılınır?

Avtobusla səyahət etdiyimiz zaman namaz vaxtlarına görə bilet almaq gərəkir. Evdən çıxmadan vaxt namazı qılınmalı, sair vaxtlar da fasilə verdiyi yerlərdə qısaldılaraq qılınmalıdır. Səfərə çıxdığımız zaman bizə lazım olan gündəlik istifadə etdiyimiz diş fırçası, krem, ətir, dəsmal və s. vasitələri çantamızda yanımıza aldığımız kimi namaz üçün gərəkli olan səccadə, kompas (qiblənin təyini üçün) və s. çantamızda olmalıdır.

Avtobus səfərlərində başqa ehtiyaclardan ötrü verilən fasilələrin dəstəmazla birlikdə cəmisi beş-on dəqiqə çəkən namaz üçün verilməsi avtobus firması üçün gözəl davranışdır. Ölkəmizin ərazisində ən uzun avtobus səyahəti 7-8 saat çəkir. Buna görə avtobus fasilə üçün dayandıqda namazlarımızı qıla bilərik.

Səyahətimizi uzun sürəcəksə, yəni xarici ölkələrə səfər kimi və ya qış günləri günlər qısa olduğu üçün vaxtlar tez olur, o zaman namazları birləşdirərək qıla bilərik. Namazda səcdə, qiyam, qibləyə yönəlmək də fərzdir, ancaq avtobusun içində namazın on iki fərzindən üçünü tərk etmək məcburiyyətində qalırıq. Mümkün qədər namazları fərzlərini yerinə yetirərək qılmaq lazımdır. Bu xüsusları nəzərə alaraq namazları birləşdirə bilərik.

Bir namazı birləşdirərək qılacaqsaq vaxt çıxmadan niyyət etmək gərəkir. Səyahət uzun müddət davam edir (avtobus və təyyarə ilə) və nəqliyyat vasitəsində şərait vardırsa normal qaydada namazımızı qıla bilərik. Əgər bu mümkün deyilsə onda namazı oturaraq qıla bilərik. Avtobus, təyyarə kimi vasitələrdə oturaraq namaz qılarkən rüku və səcdəni tam yerinə yetirəmədiyimiz üçün ima (işarə) ilə namaz qılınır.




Bənzər məqalələr

Səfərilikdə namazın hökmü nədir?

  Bir şəxsin hər hansı bir səbəblə daimi yaşadığı yerdən başqa bir yerə getməsinə  və ya getmək üçün yola çıxmasına ərəbcə “səfər”, yola çıxmış adama da “səfəri” deyilir. Dilimizdə yolçu və yolçuluq kəlmələrini bu mənalarda istifadə olunur.   Səfər ümumiyyətlə məşəqqət və əziyyətli olduğu üçün səfərdə olan şəxslərə namaz, oruc kimi ibadətlərdə bəzi müəyyən rüsxətlər […]


Şərh yaz