Aylıq namaz vaxtları
1. 217 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:İslami nöqteyi-nəzərdən “süni mayalanma” (döllənmə) yoluna müraciət etmək olarmı?

Cavab: Ata-ananın övlad sahibi olmaq istəməsi təbii haqqıdır və bu arzu din tərəfindən də təşviq edilmişdir (Şura, 42/49, 50). Sonsuz olan ər-arvad müalicə götürərək sonsuzluğu aradan qaldırma hüquqları vardır. Məhz bu mövzuda istifadən edilən üsullardan biri də “süni mayalanma” üsuludur. Bu bir növ süni dölləndirmə metodudur və kişinin sperması alınaraq kənarda qadının yumurtalıq hüceyrəsi ilə dölləndirilir, sonra da qadının rəhminə yerləşdirilərək hamiləliyinə zəmin hazırlanır. Süni mayalanma ər-arvad arasında olması və doğumu da yumurtalıq hüceyrəsindən istifadə edilən həmin qadının etməsi şərtilə caiz hesab edilmişdir. Belə ki, İslam Konfransı Təşkilatına bağlı İslam Fiqh Akademiyasının 1986-cı ildə Ammanda keçirdiyi iclasda qərara alınmışdır: “Ərin sperması ilə onun arvadının yumurtalıq hüceyrəsi alınaraq, kənarda dölləndirilməsi və əmələ gələn rüşeymin onun həmin arvadının rəhminə yerləşdirilməsi ilə və ya ərin spermasının alınıb onun arvadının rəhmində münasib bir yerə qoyularaq, mayalanmanın təmin edilməsi metodları, ehtiyac halında müraciət olunan müalicə xarakterli və dini prinsiplərə zidd düşməyən bir yoldur və qeyd olunan şərtlərə riayət oldunduqda, dini günahı da yoxdur”. Lakin evli olmayan kişi ilə qadın arasında edilən süni dölləndirmənin evli cütlərin kənarda əmələ gətirilən rüşeymini, könüllü daşımaq istəyən başqa bir qadına (surroqat ana/kirayə bətnli qadın) qoyulmasının və ya ər-arvadın kənarda döllənmiş rüşeymini ərin ikinci arvadına qoymağın qətiyyətlə caiz olmadığı qərarı alınmışdır. Xülasə, süni mayalanma prosesi tibbi müalicə metodudur və yalnız ər-arvad arasında olmaq şərtilə caizdir.

Bir də bu işlər sui-istifadəyə açıq olduğundan, araştıraraq bu işi dürüslüklə görən həkimlərə və mərkəzlərə müraciət etmək lazımdır. Yoxsa uşaq sahibi olmaq arzusuyla belə mərkəzlərə müraciət edərkən, olumsuz cavab verməmək və isanlardan mənfəət sağlamaq üçün əyri yollara müraciət edenlər də olabilər. Bilmək lazımdır ki uşağın olması bir qədər məsələsidir. Siz belə bir mərkəzə müraciət edərsiniz, ancaq müsbət nəticə ala bilməzsiniz. Bu işin ola bilmə nisbəti təxminən 60%-dir.

Dr. Anar Qurbanov

Mərmərə ünv. İslam Hüququ



Açar sözləri

süni mayalama

Bənzər məqalələr

Heyvanları süni mayalamaq olar

XX əsrin ikinci yarısından sonra bir çox sahədə olduğu kimi, heyvandarlığın inkişafında da yeni üsullar tətbiq olundu. Ətlik və südü çox olan, xəstəliklərə və mövsüm şərtlərinə dayanıqlı hibrid heyvan cinsləri formalaşdırıldı. Nəticədə süni mayalama geniş yayıldı. Keşmişdə heyvanların süni mayalandırmaq yox idi. Bu səbəbdən ilk dövrlərdə yazılan fiqh kitablarında bu haqda hər hansı məlumat yoxdur. […]


Şərh yaz