2. 428 dəfə oxunub ,   0 şərh   Çap et

Firon Hz. Musanın möcüzələrini görüncə: “Bunlar sehrdir, mənim də sehrbazlarım var, səni onlarla yarışdıracağam,” – deyir və ölkəsinin hər tərəfindən sehirbazlarını çağırtdırır. Təyin olunmuş gündə bütün sehrbazlar izdihamın qarşısında bir yerə toplanırlar. Sehrbazlar iplərini və əsalarını ortaya atır, ip və əsalar onlara ilan şəkilndə görünür. Hz. Musa da (ə.s.) Allahın əmri ilə əsasını yerə atır. Onun əsası daha böyük bir ilana çevrilib digər ilanları bir-bir udur. Sehrbazlar bu mənzərəni görüb Hz. Musanın sehrbaz deyil, peyğəmbər olduğunu başa düşürlər. Onlar: “Aləmlərin Rəbbi, Musa və Harunun Rəbbinə iman gətirdik,” – deyib səcdəyə gedirlər. Gördüyü mənzərə qarşısında dəhşətə gələn Firon onları təhdid etməyə başlayır:

 “Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu (sizin Musa ilə birlikdə gördüyünüz işlər), şübhəsiz ki, əhalisini çıxartmaq (qibtiləri qovub Misiri ələ keçirmək) məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir. (Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz!” – deyir (“Əraf” surəsi, 7/103-125). Onlar isə: “Şübhə yoxdur ki, biz Rəb­bi­mizin hüzuruna dönəcəyik! (Bizi ölümlə qorxuda bilməzsən!),” – deyir və belə yalvarırlar Allaha:

  رَبِّنَا لَمَّا جَاءَتْنَا ۚ رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَتَوَفَّنَا مُسْلِمِينَ

“Ey Rəbbimiz! Bizə (bolluca) səbir əta et və bizi müsəlman olaraq öldür!” (“Əraf” surəsi, 7/126)

İbn Abbas sehrbazların aqibəti barədə belə deyir: “Günün başında sehrbaz idilər, sonunda şəhid oldular”.[1]



[1]. İbn Kesir Muhtasar (ihtisar eden: M.Ali es-Sabuni), Dersaadet, ts., II, 43

 




Bənzər məqalələr

Hz. Asiyənin duası

Hz. Asiyə isə imanından dönmədən səbirlə dözmüş və belə dua etmişdi


Şərh yaz