- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Yolçu tutduğu orucu poza bilərmi?

Sual:Dinimizə görə səfərdə olanların oruc tutmamalarına icazə verilmişdir. Bəs oruclu olaraq səfərə çıxanların oruclarını pozmaları necə?

Cavab: Əvvala qeyd etmək lazımdır ki, orucun fərz olmasının şərtlərindən biri də, müsəlmanın müqim olması, yəni səfərdə olmamasıdır. Lakin ayə də buyurulduğu kimi, səfərdə olanların imkan daxilində gücləri çatarsa, oruc tutmaları daha fəzilərlidir (Bəqərə, 2/184). Bununla yanaşı, əgər bir şəxs oruc tutub gündüz də səfərə çıxmalı olarsa, həmin gün orucuna davam etməlidir. Lakin orucunu pozarsa, bir gün qəza etməlidir, kəffarəyə ehtiyac yoxdur. Bəzi alimlərə görə isə, belə halda orucunu poza bilər. Çünki İbn Abbasdan rəvayət edilən bir rəvayətə görə: “Həzrət Peyğəmbər (s.ə.s) Ramazan ayında Məkkənin fəthi üçün yola çıxdı. Qədid deyilən yerə çatana qədər oruc tutdu. Orada özü və digər insanlar da oruclarını pozdular”.(Buxari, S’vm, 34, 38, Məğazi, 47; Müslim, Siyam, 87, 90)

Dr. Anar Qurbanov