- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Seçilmiş dualar – 7

Ey Rəbbimiz! Bizim qəlbimizi, inananların və bütün insanların qəlblərini imana, İslama, Qurana, ehsan duyğusuna və Rəsulullah vasitəsilə göndərdiyin bütün həqiqətlərə aç! Uca Dərgahından lütflər ehsan edib könüllərimizi nurlandır, sinələrimizi genişləndir. Ey bütün qüsur və xətaları örtən! İşlədiyimiz bütün xəta, qüsur və günahlarımızın üstünü ört.
Ey Rəbbimiz! Acizliyimizi və gücsüzlüyümüzü şəfaətçi edərək Uca Dərgahına sığınırıq. Nə olar bizə mərhəmət elə və işlərimizi asanlaşdır. Dostlarına necə davranırsansa, bizimlə də elə rəftar eylə. Alnımızı açıq, üzümüzü ağ eylə! Qəlblərimizi bütün kirlərdən arındır, hər növ virus və mikroblardan təmizlə. Könüllərimizi Cənnət bağçaları kimi təravətli və nurlu elə. Bilərək və ya bilməyərək işlədiyimiz bütün xətalarımızı bağışla, günahlarımızı məğfirət eylə. Həmin günahları bir daha işləməklə qəlbimizin kirlənməsinə imkan vermə! Səndən xeyir və yaxşılıq istiqamətindəki bütün arzu və diləklərimizin gerçəkləşməyini istəyirik.

Endir