- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Savmı-visal, iftar etrmədən ard-arda oruc tutmaq

İftar etmədən arxa arxaya iki və ya daha çox gün oruc tutmanın dinimizdəki yeri nədir?

Digər bir adı da “Visal” olan bu oruc şəkli iki və ya daha çox gün heç iftar etmədən tutulan orucdur. Şəfqət və mərhəmət timsali Peyğəmbər Əfəndimiz (əleyhissalətu vəssələm) bu cür edənləri xəbərdar etmiş, onlara visal etməmələrini (iftar etmədən davamlı oruc tutmamalarını) tövsiyə buyurmuşdur. Hz. Aişə anamız, bu vəziyyəti ifadə edən bir bəyanlarında: “Peyğəmbər (əleyhissaləətu vəssələm) Müsəlmanlara acıdığı üçün, visal orucunu qadağan etmişdir.” demişdir.