9. 061 dəfə oxunub ,   0 şərh   Çap et

 عَنْ أَنَسٍ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «تَسَحَّرُوا فَإِنَّ فِي السُّحُورِ بَرَكَةً»

 Hz. Ənəsin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: “Sahura qalxın (oruc tutarkən sahur yeməyi yeyin), çünki sahur vaxtı yeyilən yeməkdə bərəkət, xeyir və savab var”. [Buxari, Savm 20; Müslim, Siyam 45]

 وعَنْ عَمْرِو بْنِ الْعَاصِ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «فَضْلُ مَا بَيْنَ صِيَامِنَا وَصِيَامِ أَهْلِ الْكِتَابِ أَكْلَةُ السَّحَرِ».

Amr ibn əl-As (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir: “Bizim orucun kitab əhlinin orucundan əsas fərqi sahur ye­məyidir”. [Müslim, Siyam 46]



Açar sözləri

sahur sahurda bərəkət

Bənzər məqalələr

Ramazanda necə qidalanmalı

Nəzərə almaq lazımdır ki, bu ilki oruc yay vaxtına düşdüyündən günlər uzun hava isə istidir. Buna görə də mütləq sahura qalxmaq lazımdır. Sahurda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmalı, kəpəkli çörək yeyilməlidir. Çünki kəpəkli çörək ağ çörəkdən dörd dəfə gec sorulur. Bu uzun zaman ac qalmaq üçün faydalıdır.

Cünublu ikən sahur yeməyi yeyilə bilərmi?

Cünub olan şəxsin imkan daxilində bir an öncə qüsl alaraq cünubluqdan çıxması gərəkir. Ancaq vaxt azlığından və ya hər hansı səbəbdən yuyunmağa fürsət tapa bilməyən şəxs yuyunmadan da sahur yeməyi yeyə bilər.

Rəsulullahın ramazan xütbəsi

Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.

Oruca necə niyyət etməli?

Orucun şərtlərindən biri niyyətdir. Niyyətsiz oruc səhih deyil. Buna görə də oruca nə zaman və necə niyyət ediləcəyini bilmək lazımdır.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.


Şərh yaz