4. 957 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulunun (s.ə.s) əmisi, ümmətin alimi Abdullah ibn Abbas (r.a), Rəsulullahın (s.ə.s) belə buyurduğunu nəql edir: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət; sağlamlıq bə boş vaxtdır.” (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)

Allah Təalanın insanlara bəxş etdiyi dünyəvi nemətlərin ən dəyərlilərindən ikisi, sağlamlıq və boş vaxtdır. İnsan bu iki əsas neməti Allahı razı salmaq üçün istifadə etdiyi zaman həm bu dünyada həm də ki, axirətdə xoşbəxtliyə çata, yanlış yerlərdə istifadə etdikdə isə axirətdə bunun hesabını verməli olar. Üstəlik, dünyəvi cəhətdəndə bir çox sıxıntılarla da üzləşər.

Allah Rəsulu (s.ə.s) mövzuyla əlaqəli yuxarıdakı hədisi-şərifə bənzər bir hədisdə belə buyurmuşdur: “Beş şey gəlmədən əvvəl bu beş şeyi qənimət bilin, onlardan yaxşı istifadə edin. Qocalıq gəlmədən əvvəl gəncliyin, xəstəlik gəlmədən əvvəl sağlamlığın, kasıblıq gəlmədən əvvəl zənginliyin, məşğuliyyətdən əvvəl boş vaxtın və ölüm gəlmədən əvvəl həyatının qədrini bilin və bunların haqqını verin! (Hakim, Müstədrək)

Rəsulullahın (s.ə.s) həyatını diqqətlə incələdiyimiz zaman Onun (s.ə.s) həyatının hər anını dəyərləndirdiyinə və sağlamlığını Allah yolunda ən gözəl şəkildə istifadə etdiyinə şahid oluruq. Beləcə O(s.ə.s), həm üzərindəki Allah haqqlarını, həm də ailəsinin və ümmətinin ehtiyaclarını ən gözl şəkildə yerinə yetirmişdir. İndiki dövrdə isə müəslman olmadığı halda, vaxtından səmərəli istifadə etmək və sağlamlığını qorumaq istəyən bir çox insan müsəlmanların və  xüsusilə də Allah Rəsulunun (s.ə.s) yaşayış tərzini nümunə götürürlər.

Sağlığımızın qorunmasında əsas amillərdən biri qidalanma normalarına riayət etməkdir. Sağlamlığın qorunub onun faydalı istifadə olunması haqqında qeyd olunan bu hədisi-şərifin necə də geniş mənaları var:

“Heç bir şəxs, mədəsindən daha təhlükəli bir qab doldurmamışdır. Halbuki insana bədənini ayaq üstə tutmaq (orqanizmə lazım olan kalori) üçün bir neçə tikə yemək kifayətdir. Əgər yeyəcəksə, mədəsinin üçdə birini yeməyə, üçdə birini suya, üçdə birini isə nəfəsinə ayırmalıdır (boş saxlamalırdır).” (Tirmizi, Zühd, 47; İbn Məcə, Ətimmə, 50)

Bir möminin vaxtını sərf edəcəyi və yerinə yetirəcəyi bir çox öhdəlik və məsuliyyətləri var. Bu öhdəliklər bir hədisi-şərifdə belə ifadə edilir:

إِنَّ لِرَبِّكَ عَلَيْكَ حَقًّا وَلِنَفْسِكَ عَلَيْكَ حَقًّا وَلِأَهْلِكَ عَلَيْكَ حَقًّا

فَأَعْطِ كُلَّ ذِي حَقٍّ حَقَّهُ

“Rəbinin, öz nəfsinin və ailənin sənin üzərində haqqı vardır. Hər haqq sabinə haqqını ver.” (Buxari, Savm, 51, Ədəb, 86; Tirmizi, Savm, 45, Zühd, 64; Əbu Davud, Savm 57)

Bu hədisdən yola çıxaraq bir mömin iyirmi dörd saatını üç hissəyə bölərək hər bir hissəni ən gözəl şəkildə istifadə etməyə çalışmalıdır. Günün üçdə birini Allah Təalaya ibadətə, Qurani-Kərim oxumağa, namaz qılmağa, zikir və təfəkkür etməyə, təbliğ və irşad kimi xeyirli işlərə sərf etməlidir. Digər üçdə birini isə sağlamlığı üçün istirahətə, yemək yeməyə, su içməyə, təmizliyə, ticarətə, gündəlik ruzisini qazanmaq üçün hər hansı bir sahədə işləməyə ayırmalıdır. Sonuncu üçdə birini isə ata-anaya, ailə üzvlərinə, qohumlarına və dost-tanışlarına ayırmalı, onları ziyarət edib, dini və dünyəvi ehtiyaclarının həllinə kömək etməyə çalışmalıdır. Uşaqların və gənc nəsilin əxlaq və tərbiyəsi də bura daxildir.

Ailə üzvlərinə, dostlara ayırılan vaxt, onlarla sadəcə yemək yeyib çay içərək boş vaxt keçirməkdən ibarət olmamalı, söhbəti-Canan, söhbəti-Quran və söhbəti-Rəsul ilə dəyərləndirilməlidir.

Hər müsəlmanın hələ əvvəlcədən, gündəlük, həftəlik, aylıq, illik və ömürlük bir planı olmalı və bu planın və proqramı zamanın şərtlərinə uyğun tətbiq olunmasına çalışılmalıdır. Belə bir ümumi plan daxilində hərəkət edən insan “görəsən indi nə edim?” deyə düşünməz, zamandan daha səmərəli istifadə edər.

Sağlamlıq və boş vaxtın daha səmərəli istifadəsi üçün ən vacib xüsuslardan biri beş vaxt namazın vaxtında və camaatla qılınmasıdır. Başlanğıcda çətin olsa da Allahın bir mükafatı olaraq bu məsələ getdikcə asanlaşacaq, vaxtımız daha da bərəkətlənəcək, Allah Təala az zamanda çox işlərə müvəffəq edəcək və beləcə əsrimizin ən mühim problemlərindən biri olan vaxtın sürətlə və boş olaraq keçib getməsinin qarşı alınacaqdır.

Bu mövzuda digər mühim bir məslədə gənc və sağlam ikən, vacib olan ibadətlərdən sonra daim nafilə ibadətlə məşqul olmaq, əgər imkan varsa dərhal qəzaya qalmış namaz və orucların qəzasını əda etməkdir. Çünki bunların xəstəlik və qocalıq dövrlərində yerinə yetirilməsi çətinləşir.

Mövzumuzu Qanuni-Sultan süleymanın bir beyti ilə bitirək:

“Xalq içində dövlət kimi mötəbər bir şey yoxdur. Lakin bir dünyada heç nə sağlam olaraq nəfəs almaqdan mühim deyil.”

اَللَّهُمَّ صَلِّ وَسَلِّمْ وَبَارِكْ عَلٰى سَيِّدِنَا مُحَمَّدٍ

وَعَلٰى اٰلِه وَأَصْحَابِهِ أَجْمَعِينْ

وَسَلَامٌ عَلَى الْمُرْسَلِينَ

وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ



Açar sözləri

sağlamlıq vaxt zaman

Bənzər məqalələr

Axı əriyir…

Bir nəfər də buz satırdı. Yüksək dağların mağaralarından qoparıb gə­tirmişdi. Buz əriyib ziyan olma­dan bir an öncə onları satmalı idi. İqtisadi durğunluq olduğu üçün istədiyi kimi buzu sata bilmirdi. Ancaq bir tərəfdən də yüksələn günəş buzları əridirdi. Tək sərmayəsi olan buzları gözü önündə əridikcə, adamın içi də əriyirdi.

Orucun vaxtı nə üçün hər il dəyişir?

Bədənin bir ay müddətində fərqli qidalanma rejiminə uyğunlaşması vücudun xəstəliklərə müqavimət gücünü artırır, qida maddələrinin orqanizmdə tam istifadəsini təmin edir.

Oruc sağlamlıqdır

Orucdan çətin müalicə olunan və qıcqırma nəticəsində meydana gələn bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Eyni zamanda, qəbizliyin artmasının qarşısını alan ən münasib vasitələrdən biri də orucdur.

Əsr surəsində zamanın qiyməti

“Əgər Qurandan heç bir surə nazil olmasaydı bu qısa surə belə insanların dünya və axirət səadətini təmin etməyə kifayət edərdi.” (İmam Şafei)

Orucun tibbi hikmətləri

Oruclu insanın orqanizmi qida fəaliyyətinin azalması nəticəsində qeyri-iradi olaraq bir çox lüzumsuz yorğunluqdan xilas olur.


Şərh yaz